Icma.az
close
up
RU
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir

Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanla ticarət dövriyyəsinin sürətlə azaldığını açıqlayıb. Onun sözlərinə görə, 2026-cı ildə Rusiya-Ermənistan ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üçdə iki azalıb və bu mənfi tendensiyanın davam edəcəyi gözlənilir.

Politoloq Elçin Xalidbəyli AZXEBER.COM-a açıqlamasında deyib ki, Aleksey Overçukun ticarət dövriyyəsi ilə bağlı açıqlaması  Kremlin Ermənistana yönəlmiş xəbərdarlıq mesajıdır:

"Aleksey Overçukun ticarət dövriyyəsi ilə bağlı açıqlaması  Kremlin Ermənistana yönəlmiş xəbərdarlıq mesajıdır. Bu xəbərdarlıq açıq şəkildə təhdid xarakteri daşıyır. Rəsmi İrəvana çatdırmağa çalışırlar ki, yaxın vaxtlarda Ermənistana qarşı iqtisadi və ticarət sanksiyalarının, embarqoların həcmi və ya əhatə dairəsi daha da genişləndirilə bilər. Bu isə Ermənistan iqtisadiyyatına sarsıdıcı zərbə vura bilər”.

O qeyd edib ki, Kreml artıq Ermənistana qarşı müəyyən sanksiya siyasətinə start verib:

"Kreml artıq Ermənistana qarşı müəyyən sanksiya siyasətinə start verib. Tədricən Ermənistanın kənd təsərrüfatı məhsulları üçün Rusiya bazarlarının qapıları bağlanır. Bu isə Ermənistan üçün arzuolunmaz və kifayət qədər ağır nəticələr doğura biləcək vəziyyətdir. Çünki rəsmi İrəvan itirdiyi Rusiya bazarlarına alternativ bazarlar tapa bilmir. Avropa İttifaqı isə Ermənistana verdiyi vədləri rəsmi İrəvanın gözlədiyi səviyyədə həyata keçirməyə elə də həvəs göstərmir. Əgər bu proses gələcəkdə də eyni şəkildə davam edərsə, bu, Ermənistan üçün sosial-iqtisadi və siyasi böhran təhlükəsi demək olacaq. Çünki hazırda Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiya bazarlarından və ticarət münasibətlərindən asılıdır”. 

E. Xalidbəyli bildirib ki, Rusiya Ermənistanı Avrasiya İqtisadi İttifaqından kənarlaşdırmaqla da hədələyir:

"Digər tərəfdən Rusiya Ermənistanı Avrasiya İqtisadi İttifaqından kənarlaşdırmaqla da hədələyir. Bu halda Ermənistanın iqtisadi və ticarət münasibətlərində kifayət qədər ciddi problemlər yarana bilər. Yəni, həmin təşkilata üzv olan dövlətlərlə ticarət-iqtisadi əlaqələrdə yeni situasiyanın yaranacağı qətiyyən istisna deyil. Hazırda rəsmi İrəvanın istifadə etdiyi bir çox güzəştlər Ermənistan üçün əlçatmaz ola bilər. Bu isə ölkə iqtisadiyyatı üçün əlavə risklər və yeni zərbələr deməkdir. Belə görünür ki, Kreml iqtisadi və ticarət istiqamətində Ermənistana qarşı təzyiqləri davamlı şəkildə artırır və yaxın gələcəkdə bu təzyiqlərin daha da dərinləşməsi ehtimalı qətiyyən istisna deyil”.

"Kremlin əsas tələbi ondan ibarətdir ki, Ermənistan Qərbə yaxınlaşma siyasətindən imtina edərək yenidən Rusiyanın təsir orbitinə qayıtsın. Əks halda, Rusiya bu iqtisadi və ticarət təzyiqlərini davam etdirməklə Ermənistan iqtisadiyyatını çökmə həddinə çatdırmaq niyyətini qətiyyən gizlətmir”,-deyə politoloq deyib.

Şahanə Ziyad

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 Avqust 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see361

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see317

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see288

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see277

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see273

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see264

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see252

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see250

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see236

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see234

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see230

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see229

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see224

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see218

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see216

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see214

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see202

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see195

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see193

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri