Politoloq: “Sülh sazişi ilə “Qarabağ hərəkatı” bir araya sığmır”
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ermənistanın Baş nazir Nikol Paşinyan Ermənistan parlamentində son çıxışında “Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane olur” deyərkən ölkəsinin üzləşə biləcəyi təhlükəyə işarə edib.
“Qarabağ hərəkatı davam etməməlidir” deyən Paşinyan parlamentdəki müxalifət təmsilçlərindən fərqli olaraq anlayır ki, bu “hərəkatın” davamı Azərbaycanla sülhə əsas əngəllərdən biridir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politolo əlavə edib ki, sülh sazişi ilə “Qarabağ hərəkatı” bir araya sığmır:
“Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra qonşu ölkədə “Qarabağ hərəkatı” fəaliyyətini davam etdirərsə, bu həmin sənədin əhəmiyyətsiz olacağına dəlalət edəcək.
Belə çıxacaq ki, Ermənistan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, digər tərəfdən qonşu dövlətdə ölkəmizin ərazisinə iddia edən “hərəkat” fəaliyyətini davam etdirəcək.
Bu qarşıdurmanın davamı demək olacaq. Bunu anlayan və Azərbaycanla yeni müharibədən qorxan Paşinyan “Qarabağ hərəkatının” fəaliyyətini qadağan etməlidir”.
Vilayət Muxtar
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 27 Mart 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















