Politoloq: Sülhə gedən yol humanitar addımlardan keçir
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yusif Bağırzadə: “Tramp dövründə ABŞ–Azərbaycan münasibətləri real tərəfdaşlıq səviyyəsində idi”
Azərbaycan-Ermənistan münasibətlərində son dövrlərdə atılan addımlar və regionda humanitar və siyasi əməkdaşlıq təşəbbüsləri diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The Washington Post”a verdiyi müsahibədə Tramp administrasiyasının Azərbaycan üçün sülh gündəliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib. O bildirib ki, Donald Trampın birinci səlahiyyət müddəti ərzində administrasiya Xəzər qazının Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Avropa bazarına çatdırılmasında mühüm rol oynayıb. O, Azərbaycan-ABŞ münasibətlərində səmimi qarşılıqlı münasibət nümayiş etdirib.
Politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyevin "Vaşinqton Post" qəzetinə verdiyi müsahibə və suallara cavablarının reallığı əks etdirdiyini söyləyib:

"Prezident İlham Əliyevin Qazaxıstana səfəri çərçivəsində, ümumilikdə Azərbaycan-Ermənistan münasibətlərinin sülhə doğru inkişafı kontekstində mühüm bir qərar qəbul olundu. Azərbaycan Prezidenti heç bir maneə olmadan Qazaxıstanın taxıl məhsullarının Azərbaycan ərazisi üzərindən Ermənistana çatdırılmasına razılıq verdi. Bu addım iki dövlət arasında sülhə doğru atılmış mühüm bir addım kimi qiymətləndirilməlidir. İkincisi, cənab Prezidentin də çıxışlarında qeyd etdiyi kimi, Entoni Blinkenin ABŞ dövlət katibi olduğu dövrdə, yəni Bayden administrasiyası zamanı Azərbaycan-ABŞ münasibətləri ciddi şəkildə zərər gördü, faktiki olaraq sıfır səviyyəsinə endi. Bu, Tramp dövrü ilə müqayisədə açıq şəkildə fərqlənir. Bildiyiniz kimi, Donald Trampın 45-ci prezident olduğu dövrdə Azərbaycan-ABŞ münasibətləri yüksək səviyyədə inkişaf etdi. ABŞ administrasiyası Azərbaycan qazının Avropaya nəqlinə mane olmamış, əksinə bu prosesə dəstək verdi. Hərçənd ki, bu layihənin müəllifi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan dövlətidir. ABŞ-nin dəstəyi də kifayət qədər əhəmiyyətli oldu. Hazırkı mərhələdə, yəni Trampın 47-ci prezidentlik dövründə də ABŞ-nin həm Azərbaycana, həm də bütövlükdə regiona dəstəyinin davam etdiyi müşahidə olunur. Bunun bariz nümunəsi 8 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistanın Baş nazirinin Trampın iştirakı ilə paraflanmış sənədi imzalamasıdır. Hikmət Hacıyev çıxışında vurğulayır ki, Azərbaycan Ermənistan xalqı ilə sülh istəyir".
Politoloq Qazaxıstan taxıl məhsullarının Ermənistana çatdırılmasının Ermənistan xalqı üçün nəzərdə tutulmuş humanitar xarakterli bir addım olduğunu bildirib:
"Eyni zamanda, bu gün Azərbaycan neft məhsullarının Ermənistan bazarında mövcud olması və Ermənistanın bu məhsullarla təmin edilməsi də sırf Ermənistan xalqına ünvanlanmış bir mesajdır. Digər tərəfdən, Azərbaycan-Ermənistan münasibətlərində xalq diplomatiyası da önəmli rol oynayır. Müxtəlif QHT nümayəndələrinin qarşılıqlı səfərləri, Azərbaycan nümayəndələrinin Ermənistana, Ermənistan QHT-lərinin isə Azərbaycana səfəri bunun bariz nümunəsidir. Eyni zamanda, bu proses Ermənistanda bu il keçiriləcək parlament seçkiləri ərəfəsində xüsusi əhəmiyyət kəsb edir. Faktiki olaraq, Ermənistan xalqı öz taleyini müəyyən edir: ya Azərbaycanla sülhə səs verərək mövcud hakimiyyəti seçəcək, daha sonra referendum yolu ilə konstitusiyada dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından imtina edəcək, ya da keçmiş korrupsioner, münaqişə dövrü ilə assosiasiya olunan Sarkisyan və Köçəryan dövrlərinə qayıdacaq. Bu baxımdan, böyük ehtimalla Ermənistan xalqı sülhü seçəcəkdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 03 Yanvar 2026 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















