Icma.az
close
up
RU
Polkovnik: “Bu, Rusiya üçün rüsvayçılıqdır”

Polkovnik: “Bu, Rusiya üçün rüsvayçılıqdır”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ukraynanın “Hörümçək toru” əməliyyatı Rusiya üçün çox böyük və dərin izi qoyacaq”. 

Bu sözləri ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Ukrayna Rusiyanı 4 min kilometr məsafədə yerləşən hərbi aerodromlarına zərbələr endirib: 

“Üstəlik, bu əməliyyat 1,6 ilə hazırlanıb. Çox maraqlıdır ki, bu müddət ərzində Rusiyanın xüsusi xidmət orqanları və kəşfiyyatı ondan xəbər tuta bilməyib. Bu, Rusiyanın dərin böhran içərisində olmasının bariz nümunəsidir.

Bu, Rusiyada çox böyük ajiotaja və panikaya səbəb olub. Prezident Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib. Yəqin ki, cavabdeh şəxslərdən bir neçəsi cəzalandırılacaq. Hesab edirəm ki, bu, Rusiyanın aviasiyası üçün qara gün oldu. Görünür, Putin bu uğursuzluğu kiminsə ayağına yazmağa çalışacaq. İstanbuldakı görüşdən öncə bunun baş verməsi çoxları üçün gözlənilməz oldu. Çünki Ukrayna bu əməliyyatı çox incəlik və dəqiqliklə hazırlayıb”. 

Ekspertin sözlərinə görə, həmin əməliyyat Rusiya Federal Təhlükəsizlik Xidməti binasının yaxınlığında həyata keçirilib: 

“Rusiya Federal Təhlükəsizlik Xidməti hər şeyə nəzarət etdiyini deyir. Lakin məhz onların yanında olan yük avtomobillərindəki dronlardan istifadə olunub. Nəticədə, 40-dan çox strateji bombardımançı və erkən xəbərdarlıq təyyarələri sıradan çıxarılıb. Faktiki olaraq, Rusiyanın görən gözü, eşidən qulağı “kontuziya” vəziyyətindədir. 

Ötən gün Ukraynanın Təhlükəsizlik Xidmətinin rəhbəri general Vasil Malyuk Prezident Volodimir Zelenski ilə görüşündə A-50, Tu-95 və Tu-22 M3 kimi strateji təyyarələrin əksəriyyətinin sıradan çıxarılması ilə bağlı təkcə məruzə etmirdi, həm də görüntülər təqdim edirdi. Fikrimcə, Zelenski əməliyyata şəxsən özün rəhbərlik etdiyi üçün unikal bir əməliyyat alındı. “Hörümtək toru” əməliyyatı çox yüksək səviyyədə, peşəkarcasına həyata keçirilib”. 

Üzeyir Cəfərov Rusiya ilə Ukrayna arasında İstanbulda danışıqların baş tutma ehtimallarından da danışıb: “Danışıqların formal da olsa, baş tutacağını düşünürəm. Sözsüz ki, tərəflər bir-birlərinə ittihamlar səsləndirəcəklər. Lakin bu, Rusiya üçün ciddi xəbərdarlıqdır. Baş verənlər danışıqlar prosesində də özünü göstərəcək. Rusiyanın danışıqlardan imtina edib-etməyəcəyi yaxın saatlarda bilinəcək. 

Ruslar ukraynalıların atəşkəslə bağlı təkliflərini eşidəndə qulaqardına vururdular. Hətta ukraynalılar üçün müqəddəs olan Pasxa bayramını da qara günə çevirdilər. Ümumiyyətlə, bu əməliyyat Rusiya üçün böyük bir rüsvayçılıqdır. Rusiyanın dərinliyində həyata keçirilən strateji-hərbi hava bazalarına zərbə onu deməyə əsas verir ki, Ukrayna heç bir halda zəifləmir. Əksinə, müharibə dayanmayacağı təqdirdə, Ukrayna Rusiyaya qarşı əməliyyatlarda daha yeni metodlardan istifadə edəcək”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Açar sözlər: Rusiya Ukrayna Üzeyir Cəfərov Polkovnik

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyun 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri