Icma.az
close
up
RU
“Polkovnik qardaşımı vurdu, atam infarkt keçirib öldü...” Video

“Polkovnik qardaşımı vurdu, atam infarkt keçirib öldü...” Video

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Nəsimi rayonu ərazisində sürücülər arasında ciddi mübahisə baş verib. 

“Qafqazinfo”ya müraciət edən H.Əsgərli bildirib ki, hadisə oktyabrın 9-da yaşadığı binanın qarajında qeydə alınıb.

Onun iddiasına görə, Dövlət Gömrük Komitəsinin polkovniki olan qonşusu Mirzə Sadıqov qardaşını döyüb, atasının isə ölümünə səbəb olub. Qardaşı N.Əsgərlinin döyüldüyü hadisənin görüntülərini saytımıza təqdim edən şikayətçi qeyd edib ki, mübahisə onlara məxsus avtomobilin M.Sadıqovun maşınının buferinə toxunaraq cüzi zərər vurması üstündə başlayıb: “Həmin gün saat 22 radələrində yaşadığım Koveroçkin küçəsi, 58 nömrəli binanın qarajında avtomobillə qonşuluqda yaşayan Mirzə Sadıqova məxsus avtomobilə xırda toxunmaqla zərər vurmuşuq. Hadisədə arxa bufer kiçik ölçüdə əzilib. Dərhal mühafizəçiyə zəng edərək avtomobilin kimə məxsus olmasını soruşdum və Mirzə Sadıqovla əlaqə saxlayaraq avtomobilə xırda zərər dəyməsi ilə bağlı bildirdim və zərərin az olmasına görə ona 100 manat təklif etdim. Ona bildirdim ki, təklif etdiyim məbləğlə razı deyilsə, polis və sığorta çağıraq, bu məsələni qanunla həll edək. Lakin o, mənimlə kobud danışmağa başladı və ziyanı artıqlaması ilə ödətdirəcəyini dedi”.

Bundan sonra tərəflər görüşüb məsələni yerində aydınlaşdırmaq və maşına baxış keçirmək qərarına gəliblər. Dava-dalaş da həmin vaxt baş verib: “Mirzə məsələni qanundankənar formada həll edəcəyini bildirərək ora bir neçə nəfər kənar adamı çağırıb. Mən də binanın həyətinə düşdüm, atam başqa adamların da məhəlləyə toplaşdığını görərək məsələnin sakitcə həll olunması üçün bizdən xəbərsiz qardaşımın ardınca qaraja enib. Orada atam Mirzəgilin idmançı görkəmli şəxslərlə gəldiyini görərək onların dava axtardığını başa düşüb və DİN-in 102 xidmətinə məlumat verib. Elə həmin vaxt mən həyətdə olarkən qardaşım qarajda Mirzəgillə rastlaşıb və söhbət etməyə çalışıb. Bu zaman yüksək səslə söyüşlər söyən, ünvanımıza təhqirlər səsləndirən Mirzə Sadıqov qardaşıma hücum edərək onun baş nahiyəsinə yumruqla zərbə endirib, sonra təpikləməyə başlayıb və əməllərinə davam edib”.

H.Əsgərli əlavə edib ki, atası ilə qaraja daxil olanda dava davam edirmiş: “Həmin şəxs söyüş və təhqirlərinə davam edirdi. Atam ona bildirdi ki, əgər məsələni bu yolla həll edirsə, biz də polis çağırırıq, dəymiş zərəri də sığortadan alarsız. Bundan sonra Mirzə atama hücum edərək sinəsindən vurub itələdi, buferdəki əziyə görə 400 manat ödəməli olduğumuzu kobud şəkildə bildirdi. Atam söz-söhbətin daha da böyüyəcəyindən ehtiyat edərək bizi binanın liftinə salıb uzaqlaşdırmaq istədi. Buna baxmayaraq, Mirzə liftin qarşısını kəsərək hərəkətlərinə davam edirdi. Binanın komendantı və digər şəxslərin köməkliyi ilə liftə daxil olub evə qalxdıq”.

Şikayətçi bildirib ki, hadisədən bir neçə dəqiqə sonra atasının halı pisləşib: “Atam N.Əsgərov evə qalxandan sonra özünü pis hiss etməyə başladı, onu tər basmışdı. Soruşdum halın niyə dəyişdi? Cavab verdi ki, qarajda Mirzə mənim sinəmdən vurdu. Həmin vaxt başa düşdük ki, atam hadisənin ağır stresi, ailəmizin təhqir olunması səbəbindən infarkt keçirir və təcili tibbi yardım çağırdıq. Amma həkimlər gələnə kimi atam dünyasını dəyişdi”.

H.Əsgərlinin sözlərinə görə, baş vermiş dava-dalaş və atasının ölümü ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır: “Hadisəni törədən şəxs rütbəli adam olduğu və vəzifə daşıdığı üçün işə prokurorluq baxır. Biz bu məsələ ilə bağlı rəsmi qurumlara müraciətlər ünvanlamışıq və xahiş edirik ki, Mirzə Sadıqov cinayət məsuliyyətinə cəlb edilərək barəsində hüquqi tədbirlər görülsün”.

Əldə etdiyimiz məlumata görə, məsələ ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır, zəruri ekspertizalar təyin edilib. 

Aslan Vəliyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri