Icma.az
close
up
RU
Polkovnikin dediyi araşdırılacaq DTXyə müraciət edildi

Polkovnikin dediyi araşdırılacaq DTXyə müraciət edildi

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə mühakimə edilən general Nizami Məmmədov və üç zabitin məhkəmə istintaqı yekunlaşır.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda müdafiə tərəfinin əvvəl qaldırdığı vəsatətlərə münasibət bildirilib.

Bundan əvvəlki iclasda təqsirləndirilən polkovnik Bayram Bayramov onun ayağına yazılmış 720 min manat yeyinti məbləğinin ittihamdan xaric edilməsini xahiş etmişdi. Bayramov belə əsaslanma vermişdi ki, həmin məbləğ səfərbərlikdən çağırılan hərbi vəzifəlilərin xərclərinə sərf edilib.

Müdafiə Nazirliyindən gəlmiş sorğuya cavabda hərbi hissəyə dəqiq nə qədər pul ayrıldığı qeyd olunub.

Bayramov və vəkilinin qərara münasibətlərindən belə çıxıb ki, sorğuya cavab onların dediklərini təsdiq edir. Müdafiə tərəfi hökmdə bunun nəzərə alınmasını xahiş edib. 

Nazirliyin göndərdiyi sənəd işə əlavə edilib.

Baxılmamış digər vəsatət də Bayram Bayramovun idi. Polkovnik ilk dəfə yeni cinayət barədə məlumat verərək, bir neçə hərbçini ittiham etmişdi. O, mənimsəmə kimi göstərilən pulların polkovnik Xalid Məmmədov, polkovnik Rəşad Salmanov və başqa bir neçə zabitin tapşırığı ilə şəxsi xərclərinə sərf edildiyini iddia edib. Sədrlik edən hakim Fikrət Əliyev bununla bağlı da qərarı elan edib. 

Məhkəmə vəsatətdə adları keçən şəxslərin bu işdə dindirilməsinə zərurət görməyib. Amma təqsirləndirilən polkovnikin verdiyi cinayət xarakterli məlumatların araşdırılmalı olduğu bəyan edilib.

Buna görə vəsatətdə qeyd olunan məlumatların yoxlanılması üçün məhkəmə tərəfindən bu işin istintaqını aparan Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət ediləcək. 

Hazırkı cinayət işi üzrə artıq 1 il 2 aydır məhkəmə gedir. Bugünkü prosesin sonunda tərəflərə istintaqın yekunlaşmasını təklif edilib.

Müdafiə tərəfi təklifə etiraz etməsə də, dövlət ittihamçısı razı olmayıb. İttihamçı dövlətə dəymiş ziyandan nə qədər ödənildiyini bilmədən çıxış etməsini düzgün hesab etməyib.

Hakim deyib ki, bununla bağlı istintaq orqanının sonuncu gödərdiyi cavab belə olub ki, hazırda ziyanın ödənilməsi davam edir. Yaxın günlərdə məhkəməyə yekun məlumat veriləcək.

Məhkəmə istintaqının bitməsi budəfəlik təxirə salınıb. 

Hakim ittiham tərəfinə növbəti iclas üçün çıxışa hazır gəlməyi tapşırıb.

Xatırladaq ki, bu iş üzrə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi general Nizami Məmmədov, quru, hava və dəniz qoşunlarının maliyyə xidmətlərinin rəisləri - polkovniklər Bayram Bayramov, Cəlal Kazımov və kapitan Vüsal Əlizadə mühakimə olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Sail Ağasəlim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri