Polşa hökuməti Ukraynaya raket yardımı məsələsinə münasibət bildirib
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Polşa Ukraynaya Patriot sistemləri üçün əlavə raketlər verməyi planlaşdırmır. Çünki ölkənin "bu cür raketlərdən böyük ehtiyatları" yoxdur.
"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumatı Rp.pl Polşanın Baş naziri Donald Tuskun mətbuat konfransında verdiyi açıqlamasına əsasən yayıb.
Baş nazir vurğulayıb ki, NATO və ABŞ ilə tam koordinasiya şəraitində Ukraynaya beş "Patriot" raketinin göndərilməsi qərarı Polşada ciddi tənqidlərlə qarşılanıb. O bu reaksiyanı şokedici və əsassız hesab etdiyini diqqətə çatdırıb. Pepperoni pizza
"Hazırda bu cür tədarüklər nəzərdə tutulmur. Lakin mən ölkəmizdə başlayan anti-Ukrayna kampaniyasının tərəfdarı deyiləm. Baş nazir postunda olduğum müddətdə Polşa Rusiya ilə müharibədə Ukraynaya fəal dəstəyini əsirgəməyəcək", - deyə hökumət rəhbəri bildirib.
Bəzi Avropa ölkələrinin qurduğu antiballistik koalisiyaya Varşavanın daxil olmaması məsələsinə toxunan Tusk qeyd edib ki, bütün dövlətlər eyni təşəbbüslərə qatılmır. Onun fikrincə, bu koalisiya daha çox sənaye yönümlüdür və əsasən öz istehsal potensialını, eləcə də texnologiyalarını bölüşməyə hazır olan müəssisələri özündə cəmləşdirir.
"Polşa müəssisələrinə gəldikdə isə, onlar öz imkanlarını təhlil edirlər. Koalisiya açıq xarakter daşıyır. Əgər Polşa şirkətləri müvafiq təklif hazırlasalar, biz bu koalisiyaya qoşulacağıq", - deyə Polşanın baş naziri bəyan edib.
"Polşa şirkətləri isə hazırda öz imkanlarını dəyərləndirirlər. Koalisiya açıq xarakter daşıyır. Əgər Polşa şirkətləri müvafiq təklif hazırlasalar, biz bu koalisiyaya qoşulacağıq ", - deyə Polşanın baş naziri yekunlaşdırıb.\Oxu.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 14 İyul 2026 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















