Polşa hökuməti yanacağın qiymət limitini qüvvədə saxlayacaq
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 27 aprel, AZƏRTAC
Polşada "Aşağı yanacaq qiyməti" proqramı lazım olduğu müddətə qədər qüvvədə qalacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın dövlət aktivlərinə nəzarət naziri Voyçex Balcun RMF24 radiostansiyasına müsahibəsində bildirib. Nazir deyib ki, Energetika Nazirliyi tərəfindən müəyyən edilmiş yanacaq qiymətinin saxlanılması dövlət büdcəsinə ayda 1,6 milyard zlotıya (təxminən 432 milyon dollar) başa gəlir.
Martın 30-dan başlayaraq Energetika Nazirliyi ölkədəki bütün yanacaqdoldurma məntəqələri üçün məcburi olan benzin və dizel yanacağı qiymətlərinə hər gün limit elan edir. Yanacağın limitdən yuxarı qiymətə satılmasına görə 1 milyon zlotıya qədər (təxminən 270 min dollar) cərimə müəyyən olunub.
Energetika naziri Miloş Motıkanın sözlərinə görə, “Aşağı yanacaq qiyməti” proqramı sayəsində polşalı avtomobil sahibləri martın 30-dan aprelin 17-dək təxminən 3 milyard zlotıya (830 milyon dollar) qənaət ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 27 Aprel 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















