Polşa MiQ 29 təyyarələrinin Ukrayna tədarükü ilə bağlı danışıqları davam etdirir
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
Polşa MiQ-29 qırıcı təyyarələrinin Ukraynaya mümkün tədarükü ilə bağlı Kiyevlə danışıqları dayandırmayıb.
AZƏRTAC xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Sezari Tomçiki deyib.
“MiQ-29 qırıcılarının tədarükü ilə bağlı məsələ hələ də müzakirə mərhələsindədir. Biz bu razılaşmanın yekunlaşdırılması və imzalanması üçün imkanlar görürük”, - deyə Dziennik.pl internet portalı Sezari Tomçikidən iqtibas gətirib.
Nazir müavininin sözlərinə görə, Ukrayna tərəfi həmin təyyarələri qəbul edəcəyinə inanır və Polşa onları öz hesabına modernizə edərək Kiyevə təhvil verə bilər.
Qeyd edək ki, 2025-ci ilin dekabrında Polşa Müdafiə Nazirliyi Ukraynaya ilin sonunadək istismardan çıxarılacaq 6-8 ədəd MiG-29 qırıcı təyyarəsi vermək planlarını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 25 İyun 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















