Icma.az
close
up
RU
Polşa özünün şərq sərhədində 40 min hərbçi yerləşdirib

Polşa özünün şərq sərhədində 40 min hərbçi yerləşdirib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 12 sentyabr, AZƏRTAC

Cümə günü, sentyabrın 12-də Polşa ilə sərhəddə hücum təlimi keçirmək üçün təqribən 30 min Rusiya və Belarus əsgəri yerləşdirilir.

AZƏRTAC xəbər verir ki, bu iki ölkənin ordularının birgə keçirdiyi “Zapad-2025” təlimləri sadə hərbi təlimlərdən çox-çox kənara çıxan texniki və geosiyasi miqyas alır. Döyüş silahlarının da daxil olduğu avadanlıqlar arasında 5000 kilometrdən çox mənzilli və nüvə potensialına malik “Oreşnik” qitələrarası ballistik raketləri, elektron döyüş sistemləri və taktiki pilotsuz uçan aparatlar var. Bu barədə RBK yazır.

Bu manevrlərə cavab olaraq, Polşa NATO qüvvələri ilə koordinasiyada hərəkət edərək, özünün şərq sərhədinə 40 min əsgər yerləşdirib. Bu misli görünməmiş addım təkcə düşməni çəkindirmək deyil, həm də birbaşa təxribatlara cavab vermək qabiliyyətini nümayiş etdirmək məqsədi daşıyır. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib: “Biz hazırıq. Polşa ordusu “Zapad 2025” təlimlərinə adekvat cavab verməyə hazır olmaq üçün bölgədə 30 mindən çox Polşa əsgərinin, o cümlədən NATO hərbçilərinin iştirakı ilə təlimlər keçirib”.

Polşa ölkənin şərqində, xüsusilə Kalininqrad rayonunda hava hərəkətinə məhdudiyyətlər qoyub.

Daxili işlər naziri Marçin Kervinski bildirib ki, bu qərar təhlükəsizlik vəziyyətinin pisləşəcəyi təqdirdə Polşanın radikal tədbirlər görməyə hazır olduğuna dair “aydın siqnal” vermək məqsədi daşıyır.

“Zapad” adlı Rusiya-Belarus təlimləri 2009-cu ildən bəri dörd ildən bir keçirilir. Hazırkı təlimin mövzusu “İttifaq dövlətinin hərbi təhlükəsizliyinin təmin edilməsi maraqları naminə qoşun qruplarından (qüvvələrdən) istifadə”dir, onun məqsədi isə Rusiyanın ittifaq dövləti olan Belarusun hərbi təhlükəsizliyini nə dərəcədə təmin edə biləcəyini və onların təcavüzü dəf etməyə hazırlıq səviyyəsini yoxlamaqdır. Bildirilib ki, təlimdə 30 min hərbçi iştirak edəcək (“Zapad-2021” təlimlərinə 200 min nəfər cəlb olunmuşdu).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see484

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see315

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see249

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see230

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see214

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see214

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see208

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see178

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see175

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see173

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see169

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see168

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see168

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see163

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see162

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see159

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see151

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see151

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see150

Astronavtları Aydan xilas edən qələm rekord qiymətə satıldı Foto

17 İyul 2026 04:10see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri