Icma.az
close
up
RU
Polşa prezidenti Anjey Dudanın Naxçıvan sərhəddində binokllu missiyaya qoşulması səhv addımdır

Polşa prezidenti Anjey Dudanın Naxçıvan sərhəddində binokllu missiyaya qoşulması səhv addımdır

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Polşa prezidenti Anjey Duda Ermənistana gedib. İki həftə öncə prezident Duda Bakıya da gəlmişdi. COP29-un liderlər sammitində iştirak etdi. Sammitdən sonra liderlərin kollektiv fotosunda Duda Belorus prezidenti ilə birgə yer almaq istəməyib. Əslində Dudanın fotoda olub-olmaması da hiss edilməyib. Amma məsələ bu da deyil. Dudanın Ermənistana səfəri çərçivəsində noyabrın 27-də Avropa İttifaqının Müşahidə Missiyası ilə birgə "patrula çıxması" bu dəfə Azərbaycana qarşı dövlət nəzakətini pozmaq deməkdir.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Polşa prezidenti Anjey Dudanın Ermənistana səfər etməsi təəccüb doğurur.

Məhəmməd Əsədullazadə

“Bu, Azərbaycana qarşı qeyri-dost bir hərəkət idi. Əgər dövlət səfərinə gedibsə, Ermənistan-Polşa arasında siyasi-iqtisadi əlaqələrin inkişafı gedir və antirusiya siyasəti fonunda Polşanın dəstəyini alan Ermənistan “avrointeqrasiya” siyasəti aparır. Bu məsələlər müzakirə olunmalıdır. Amma Avropa İttifaqının “mülki missiyası” ilə Naxçıvan istiqamətinə gəlib, o ərazilərdən Azərbaycan ərazilərini binoklla müşahidə etməsi Azərbaycan tərəfindən xoşniyyətli qarşılanmır. Biz bunu regionda Ermənistanın təxribatçı siyasətinə Polşanın da alət olması kimi qiymətləndiririk”-deyən politoloq hesab edir ki, Azərbaycan bununla bağlı Polşadan rəsmi izahat da istəməlidir. Çünki bu, Polşanın dövlət ərkanına yaraşmayan bir hərəkət, bir siyasətdir.

Məhəmməd Əsədullazadə bildirib ki, Polşa ümumiyyətlə Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz. Çünki Azərbaycan və Ermənistan ikitərəfli danışıqlara üstünlük verir.

Politoloq vurğulayıb ki, Avropa İttifaqı mülki missiyasının buradakı fəaliyyətini də Azərbaycan qəbul etmir və onların vaxtının uzadılması istiqamətində Ermənistanla hər hansı razılaşma əldə edilməyib.

“Sərhəddən Azərbaycan tərəfinə boylanmaq sülh prosesinə mane olan bir işdir. Xüsusilə, Azərbaycan Avropa Birliyi mülki missiyasının şərti sərhəddə gəlməsinin əvvəldən əleyhinədir və indi də əleyhinədir. Bunu təxribatçı siyasət kimi qəbul edir. Ermənistan tərəfi ümumiyyətlə belə səfərlərə yol verməməlidir. Protokola salmamalıdır. Ermənistan tərəfi sülhə maraqlıdırsa, ümumiyyətlə Avropa Birliyi mülki missiyasından imtina etməlidir”-deyə Məhəmməd Əsədullazadə vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Noyabr 2024 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri