Polşa Prezidenti COP29da iştirak etmək üçün sabah Azərbaycana səfərə gələcək
Icma.az, Operativmedia portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Polşa Prezidenti Anjey Duda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün sabah Azərbaycana səfərə gələcək.
"Operativ Media" xəbər verir ki, bu barədə BPM-in rəhbəri Mieszko Pawlak məlumat verib.
"BMT-nin COP29 iqlim sammiti noyabrın 11-22-də Azərbaycanın paytaxtı Bakıda “Yaşıl dünya naminə həmrəylik” şüarı altında keçiriləcək. Çərşənbə axşamı günortadan sonra prezident Liderlər Sammitinin plenar iclasında bəyanatla çıxış edəcək. Daha sonra Polşa və Azərbaycan prezidentlərinin görüşü olacaq", - deyə o bildirib.
Baxış sayı:114
Bu xəbər 11 Noyabr 2024 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















