Polşa prezidenti Navrocki Zelenski ilə görüşmək üçün Ukraynaya getməkdən imtina edib
Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.
Polşa prezidenti Karol Navroçki Vladimir Zelenskinin Ukraynaya səfər dəvətini qəbul etməyi planlaşdırmır.
Doğru.az xəbər verir ki, Polşa Prezidentinin Kansler Departamentinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaçın sözlərinə görə, liderlərin görüşü Varşavada keçirilə bilər. Onun sosial şəbəkədə yazdığına əsasən: “Ukrayna ilə qarşılıqlı hörmətə əsaslanan mehriban qonşuluq münasibətləri bizim üçün vacibdir. Biz açıq və fəal diplomatik təmaslar vasitəsilə… Varşavada görüş üçün tarix üzərində işləyirik”.
Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Zelenski Polşa prezidenti Karol Navroçki ilə görüş tələb etməlidir.
Polşanın keçmiş prezidenti Bronislav Komorovski isə qeyd edib ki, Ukrayna ilə bağlı mühüm görüşə Polşanın Londona dəvət edilməməsi ölkənin mövqeyinin zəiflədiyini göstərir.
DOĞRU.AZ
Baxış sayı:57
Bu xəbər 09 Dekabr 2025 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















