Polşa Rusiyadakı sonuncu konsulluğunun fəaliyyətini dayandırır
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Polşa Rusiyanın şimal liman şəhəri Qdanskda yerləşən ölkədəki sonuncu konsulluğunun fəaliyyətini dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə xarici işlər naziri Radoslav Sikorski Seymdəki çıxışında bildirib.
O bunu, istintaqın təxribat aktı kimi qiymətləndirdiyi Varşava-Lublin dəmir yolu relslərinə dəyən ziyana cavab adlandırıb. Sikorski vurğulayıb ki, konsulluğun bağlanması Polşa hakimiyyətinin təxribata yeganə cavabı olmayacaq.
Qdanskdakı konsulluq bağlandıqdan sonra Polşada yalnız bir Rusiya diplomatik missiyası - Varşavadakı səfirlik qalacaq. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən əvvəl bu ölkədə bir neçə konsulluq fəaliyyət göstərib.
Qeyd edək ki, bir gün əvvəl səlahiyyətlilər, təxribatı törətməkdə ittiham olunan şübhəlilərin, Ukrayna vətəndaşlarının, Rusiya xüsusi xidmət orqanlarının adından hərəkət etdiklərini açıqlayıblar. Moskva ittihamları rədd edib.
Bu mövzuda digər xəbərlər:“Sony” Rusiyadakı fəaliyyətini tam dayandırdı
17 Avqust 2025 15:11
Hüseyn Həsənovun Rusiyadakı sonuncu biznesi ləğv edildi
04 Sentyabr 2025 12:59
Erməni separatçıların Rusiyadakı
29 Mart 2025 11:59
Rusiyadakı azərbaycanlıların nəzərinə!
13 Avqust 2025 22:11
Rusiyadakı Azərbaycanlıların NƏZƏRİNƏ!
30 Noyabr 2024 08:35
Baxış sayı:61
Bu xəbər 20 Noyabr 2025 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















