Polşa Seyminin deputatı mağazadan oğurluq edərkən yaxalanıb
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Polşa parlamentinin aşağı palatasının (Seym) ifrat sağçı "Konfederasiya" birliyindən olan deputatı Konrad Berkoviç İsveçin "Ikea" şəbəkəsinin Krakovdakı mağazasından mətbəx əşyalarını "oğurlamaq" üstündə yaxalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı RMF FM radiostansiyası yayıb.
Bildirilir ki, siyasətçi mağazadan çıxarkən işçilər tərəfindən saxlanılıb. Onun aldığı məhsullar arasında təqribən 107 dollarlıq ödənilməmiş mal aşkar olunub. Berkoviç 137 dollar məbləğində cərimə ödəməli olub.
Seymin deputatları "X" sosial şəbəkəsində hesablarında hadisəni şərh edərək, onu tələskənlik, böyük alış-veriş və qulaqlıqla olması səbəbindən diqqətsizliklə əlaqədar yol verilmiş "səfeh səhv" adlandırıblar.
Polşanın Baş naziri Donald Tusk elə həmin sosial şəbəkədəki hesabında zarafatla yazıb ki, "Konfederasiya" "Qanun və Ədalət" partiyası səviyyəsinə çatması üçün nədənsə başlamalı idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 28 Oktyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















