Polşa Ukrayna ilə sərhəddə hava hərəkətini üç ay məhdudlaşdıracaq
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Polşa Ukrayna ilə həmsərhəd olan ölkənin şərq hissəsində hava hərəkətinə üç aylıq məhdudiyyət tətbiq edəcək.
APA xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.
Məhdudiyyətlər sentyabrın 10-dan dekabrın 9-dək qüvvədə olacaq. Xüsusi zona yer səthindən təxminən üç kilometr yüksəkliyədək olan hava məkanını əhatə edəcək.
Məhdudiyyət yüksək hündürlükdə uçan sərnişin təyyarələrinə şamil olunmayacaq.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı bildirib ki, tədbirin məqsədi ölkənin hava hücumundan müdafiə sisteminin daha effektiv fəaliyyətini təmin etməkdir.
“Polşanın hava məkanının təhlükəsizliyinin təmin edilməsi Polşa Respublikası Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının əsas prioritetlərindən biridir. Tətbiq olunan tədbirlər hava hücumundan müdafiə sisteminin bütün elementlərinə lazımi fəaliyyət azadlığı verməli və potensial təhdidlərə effektiv cavab vermək imkanını təmin etməlidir”, – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, eyni zamanda məhdudiyyətlərin mülki aviasiyaya və hava məkanının digər istifadəçilərinə təsirinin minimuma endirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 03 Sentyabr 2026 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















