Polşa ukraynalı qaçqınlara xərclədiyi vəsaiti açıqladı
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Polşa 2025-ci ildə ukraynalı qaçqınları dəstəkləmək üçün 7,93 milyard zlotı (2,21 milyard dollardan çox) xərcləyib.
"Ölkə.az" Teleqraf-a istinadla xəbər verir ki, bu vəsait sosial müavinətlər, səhiyyə, təhsil və ukraynalıların Polşada qalması üçün ayrılıb. Xərclərin ən böyük hissəsi sosial və ailə müavinətlərinə, eləcə də qaçqınlara tibbi yardıma yönəldilib. Dövlət sığorta agentliyi vasitəsilə ödənişlər də əhəmiyyətli həddə olub.
Fevralın 19-da Polşa Prezidenti Karol Navrotski Ukraynadan olan qaçqınlara xüsusi status və güzəştlərin verilməsini dayandıran qanun imzalayıb. Sənədə əsasən, Polşa hakimiyyəti Ukrayna vətəndaşlarının pulsuz səhiyyə və mənzil güzəştlərindən istifadəsini rədd edəcək. Respublikada tibbi müalicə alan Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçiləri üçün istisna tətbiq olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:248
Bu xəbər 22 Fevral 2026 01:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















