Polşa Ukraynaya internet dəstəyini kəsir
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Polşa Ukraynaya internet yardımını kəsəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini və informasiya naziri Kşiştof Qavkovski sosial media hesabında paylaşım edib.
O, açıqlamasında Polşa prezidenti Karol Navrockinin ukraynalılara yardımı genişləndirən qanun layihəsinə veto qoymasını tənqid edib.
"Bu da Polşanın müharibənin davam etdiyi Ukraynaya verdiyi Starlink internetinin sonu. Bu, həm də Ukrayna hökumətinin məlumatlarının mühafizəsinə verilən dəstəyin sonudur", - deyə Qavkovski vurğulayıb.
O, əlavə edib ki, Ukraynanın internetinin kəsilməsi Rusiya ordusuna bir “hədiyyədir”.
İbrahim Cəfərov

Polşa MiQ29u Ukraynaya ötürməyəcək
04 Dekabr 2024 12:05
Polşa Ukraynaya qoşun göndərir?
04 Fevral 2025 12:16
Polşa: Ukraynaya qoşun göndərməyəcəyik
12 Dekabr 2024 20:42
Polşa qoşunları Ukraynaya girməyəcək
12 Dekabr 2024 17:03
Polşa Ukraynaya hərbiçi göndərməyəcək
20 Avqust 2025 11:59

