Polşa XİN: Rusiya Vinitsada “Barlinek” fabrikini vurdu, yaralananlar var
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Polşa Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyanın kamikadze dronları ilə həyata keçirdiyi hücum nəticəsində Ukraynanın Vinitsa şəhərində yerləşən Polşaya məxsus "Barlinek” adlı ağac emalı zavodu zərər görüb. Hücum nəticəsində bir neçə nəfər yaralanıb, onlardan ikisi ağır yanıq xəsarətləri alıb.
Qaynarinfo xəbər yayıb.
Sikorskinin sözlərinə görə, zavod rəhbərliyi ona bildirib ki, bu üç istiqamətdən həyata keçirilmiş məqsədli hücum olub:
"Zavodun rəhbəri mənə dedi ki, bu, məqsədli hücum olub. Yaralananlar var, onlardan ikisinin vəziyyəti ağırdır. Hadisə yerində Ukrayna fövqəladə xidmətləri işləyir, Polşa konsulluğunun nümayəndələri də oradadır. Putinin cinayətkar müharibəsi artıq bizim sərhədlərimizə yaxınlaşır”, – deyə nazir vurğulayıb.
"Barlinek Group” taxta döşəmə örtüklərinin istehsalı ilə məşğul olan Polşa şirkətidir və Ukraynadakı istehsal müəssisəsi bir müddətdir fəaliyyət göstərirdi.
Xatırladaq ki, son məlumata görə, Vinitsada ümumilikdə 8 nəfər yaralanıb. Rusiya dronlarının hücumları axşam və gecə saatlarında Kramatorsk, Xarkov və Krivoy Roq şəhərlərinə də yönəlib. Bütün bu şəhərlərdə dağıntılar qeydə alınıb.
Eyni zamanda, Dunay çayı yaxınlığında yerləşən Rumıniya yaşayış məntəqələrinin sakinləri də Rusiya qüvvələrinin İzmayıl limanı ətrafına endirdiyi zərbələrin şahidi olublar.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 16 İyul 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















