Polşa XİN Ukraynaya qoşun göndərməyəcəklərini bəyan edib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 14 may, AZƏRTAC
Qərb ölkələri öz qoşunlarını Ukraynada yerləşdirmək üçün əməliyyata başlasa belə, Polşa hərbçilərini bu ölkəyə göndərməyəcək.
AZƏRTAC xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski bunu “Onet.pl” internet portalına müsahibəsində deyib.
“Polşa əməliyyatın bir hissəsi olsa belə, Ukraynaya hərbçi göndərməyəcək”, - deyə nazir ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun dörd Avropa ölkəsindən Ukraynaya hərbi kontingent göndərmək planları barədə bəyanatını şərh edərkən bildirib.
Eyni zamanda, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Keyt Kelloqun bəyanatından sonra ölkəsinin Ukraynaya hərbi kontingent göndərməyi planlaşdırmadığını deyib. Bundan öncə Polşa rəhbərliyinin digər nümayəndələri də eyni mövqeni dəfələrlə ifadə ediblər.
Baxış sayı:163
Bu xəbər 14 May 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















