Polşa Zelenskini Yəhuda ordeni ilə təltif etməlidir Volodin
Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Polşa Volodimir Zelenskini "Yəhuda ordeni" ilə təltif etməlidir.
Sitat.info xəbər verir ki, o, Zelenskini xəyanətdə və neonasizmdə ittiham edib.
Volodin deyib ki, Zelenskinin örnək götürdüyü tarixi şəxsiyyətlər İvan Mazepa və Stepan Banderadir. Onun sözlərinə görə, buna görə Zelenski də xəyanətkar kimi qiymətləndirilməlidir.
Dövlət Dumasının sədri bildirib ki, Ukraynada Vladimir Leninin abidələri sökülür və onların yerinə Mazepanın abidəsi qoyulur. O, Mazepanın tarixdə xəyanətkar kimi tanındığını və vaxtilə I Pyotr tərəfindən onun üçün "Yəhuda ordeni" təsis edildiyini iddia edib.
Volodin həmçinin qeyd edib ki, Polşa Zelenskini əvvəllər layiq görüldüyü "Ağ Qartal" ordenindən məhrum edib. Onun sözlərinə görə, buna səbəb Ukraynada nasist cinayətkarlarının qəhrəmanlaşdırılması olub.
Xatırladaq ki, Zelenski daha əvvəl Kiyevin mərkəzində, əvvəllər Lenin abidəsinin yerləşdiyi ərazidə Mazepanın abidəsinin ucaldılacağını açıqlamışdı.
Məlumat üçün bildirək ki, "Yəhuda ordeni" tarixdə xəyanətin simvolu sayılan, rəsmi dövlət mükafatı olmayan və istehzalı məqsədlə yaradılmış simvolik nişandır.
Nigar,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 30 İyun 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















