Icma.az
close
up
RU
Polşada 10 yaşayış məntəqəsində PUA qalıqları aşkarlanıb YENİLƏNİB 1

Polşada 10 yaşayış məntəqəsində PUA qalıqları aşkarlanıb YENİLƏNİB 1

Icma.az, Apa.az saytına istinadən bildirir.

Polşada 10 yaşayış məntəqəsində pilotsuz uçuş aparatlarının qalıqları aşkarlanıb.

APA xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin nümayəndəsi Karolina Qaletska bildirib.

Onun sözlərinə görə, Chesnovka, Chesniki, Krivezhba-Köln, Mnishkuv, Olesno, Veliky Lan, Vohin, Vygalev, Vyglyki və Zabolotye-Kölndə PUA-ların qalıqları aşkarlanıb.

***

13:14

Polşanın hava məkanına daxil olan 19 PUA-dan üçü vurulub.

APA xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk Seymdə bildirib.

Lakin o, bu rəqəmin yekun olmayacağını vurğulayıb.

***

11:30

Polşanın hava məkanı bir gecədə çox sayda Rusiya PUA-sı tərəfindən pozulub.

APA xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk bildirib.

O deyib ki, “birbaşa təhlükə yaradan həmin pilotsuz təyyarələr vurulub”.

“Komandirlərin, əsgərlərimizin, pilotlarımızın, həmçinin müttəfiqlərimizin qətiyyətli mövqeyi sayəsində təhlükə aradan qaldırılıb”, - Tusk əlavə edib.

Hökumət başçısı qeyd edib ki, “Polşa böyük ehtimalla genişmiqyaslı təxribatla üzləşib”.

“İlk dəfədir ki, Rusiya PUA-ları NATO ölkəsinin ərazisi üzərində vurulur. Ona görə də bütün müttəfiqlərimiz vəziyyətə çox ciddi yanaşırlar”, - Tusk vurğulayıb.

Onun sözlərinə görə, “heç bir itki qeydə alınmayıb”, vurulan pilotsuz təyyarələrin qalıqlarının axtarışı davam edir.

Baş nazir “qurumlar arasında əməkdaşlığın nümunəvi olduğunu” da vurğulayıb.

“Bu, hamımız üçün vacib dərsdir. Bu cür təxribatları və hücumları dəf etməyə hazırıq. Biz yaxşı hazırlaşmışıq, vəziyyət də ciddidir və bu gün heç kim şübhə edə bilməz ki, biz müxtəlif ssenarilərə hazırlaşmalıyıq”, - Baş nazir bildirib.

O, hazırda vətəndaşların gündəlik həyatını çətinləşdirəcək hər hansı məhdudiyyətin tətbiqi üçün heç bir əsasın olmadığını da diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Sentyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri