Polşada hərbi kadr çatışmazlığı var
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Polşada hərbi kadr çatışmazlığı var.
Newscenter.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” qəzeti yazıb. Nəşrin məlumatına görə, Polşa Hərbi Hava Qüvvələri F-16 qırıcı təyyarələri üçün ciddi pilot çatışmazlığı ilə üzləşir.
Qəzet yazır ki, Polşada olan bu tip 47 qırıcı təyyarəni düzgün idarə etmək üçün ən azı 70 təlim keçmiş pilot lazımdır. Halbuki əslində Polşa F-16-larını yalnız 40 pilot idarə edir.
Qəzet, Polşa Hərbi Hava Qüvvələrində F-16 pilotlarının çatışmazlığının səbəbləri kimi kadr hazırlığındakı çətinlikləri və əksər pilotların ABŞ-dan alınan daha müasir beşinci nəsil F-35 qırıcı təyyarələrini idarə etmək istəyini göstərir.
Xatırladaq ki, 2003-cü ildə Polşa ABŞ ilə 3,6 milyard dollara 48 ədəd F-16 qırıcı təyyarəsi almaq üçün müqavilə imzalayıb. Döyüş təyyarələrinin bütün partiyası 2006-2008-ci illərdə Polşaya çatdırılıb.
Anar
Bu mövzuda digər xəbərlər:Hansı sahələrdə kadr çatışmazlığı var?
01 Aprel 2025 14:34
Ukraynada kəskin hərbi kadr çatışmazlığı yaşanır
29 Noyabr 2024 10:05
Avropada kadr çatışmazlığı artır
06 Mart 2026 17:31
Azərbaycanda bu sahələrdə ciddi kadr çatışmazlığı var
03 Fevral 2026 15:40
Neftdən uzaqlaşma və kadr çatışmazlığı...
23 İyun 2026 08:52
Baxış sayı:127
Bu xəbər 26 Oktyabr 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















