Polşada parkinq nəzarətçisini döyən azərbaycanlı sürücü saxlanıldı VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Polşada parklanma nəzarətçisini döyən azərbaycanlı sürücü polis tərəfindən saxlanılıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Oçota rayonunda baş verib.
Yerli KİV-in yaydığı məlumata görə, parklanma nəzarətçisi ərzaq daşıyan maşını idarə edən Azərbaycan vətəndaşı olan şəxsə nəqliyyat vasitəsini düzgün saxlamağını deyib. Lakin, o, nəzarətçinin çağırışına məhəl qoymayıb. Nəzarətçi onu polis çağıracağı ilə hədələyib və bundan sonra sürücü ona hücum edib. O, nəzarətçini bir neçə dəfə itələyərək yerə yıxıb və təpiklə vurub.
Nəzarətçinin şikayətindən sonra axtarışlara başlayan polis 48 yaşlı Azərbaycan vətəndaşını saxlayıb. Hazırda araşdırma aparılır.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 30 İyun 2025 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















