Icma.az
close
up
RU
Polşada prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib

Polşada prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Berlin, 19 may, AZƏRTAC

Polşada keçirilən prezident seçkilərində namizədlərdən heç biri lazımi səs çoxluğunu toplaya bilməyib. Ən çox səs toplayan iki namizəd iyunun 1-də keçiriləcək ikinci turda mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, ilkin nəticələrə əsasən, Baş nazir Donald Tuskun rəhbərlik etdiyi siyasi düşərgənin namizədi, liberal-mühafizəkar Rafal Trzaskovski səslərin 30,8 faizini toplayaraq birinci yerdədir. Mühafizəkar Hüquq və Ədalət Partiyasının (PiS) namizədi Karol Navroçki isə 29,1 faiz səs toplayıb. Hər iki namizəd birinci turda mütləq əksəriyyəti əldə edə bilmədiyi üçün mübarizəni ikinci turda davam etdirəcək.

Üçüncü yeri 15,4 faiz səslə ifrat sağçı “Konfederacya” partiyasının namizədi Slavomir Mentzen tutub.

Seçkilərdə səsvermə hüququna malik 29 milyon seçicidən 66,8 faizi iştirak edib.

Polşada prezident beş il müddətinə seçilir. Geniş səlahiyyətləri olan prezident ölkəni yalnız xaricdə təmsil etmir, həm də xarici siyasətə təsir edir, Baş naziri və hökumət üzvlərini təyin edir, həmçinin müharibə vəziyyətində Silahlı Qüvvələrin Baş Komandanı funksiyasını yerinə yetirir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 00:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri