Polşadan Putinə xəbərdarlıq: “Təyyarəni endirmək əmri verilə bilər
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya prezidenti Vladimir Putinə ABŞ-ın keçmiş prezidenti Donald Trampla Macarıstanda keçiriləcək sammitə gedərkən Polşa hava məkanından istifadə etməməsi barədə xəbərdarlıq edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Polşa mətbuatına görə, Sikorski bildirib:
"Müstəqil Polşa məhkəməsinin hökumətə belə bir təyyarəni endirmək və şübhəlini Haaqa məhkəməsinə təhvil verməyi əmr etməyəcəyinə zəmanət verə bilmərəm.”
Nazir Rusiyanın bu xəbərdarlıqdan məlumatlı olduğunu və Putinin çox güman ki, fərqli marşrut seçəcəyini qeyd edib.
Sikorski həmçinin Macarıstanın Putini sammitə dəvət etməsinin Avropa İttifaqında narazılıq yaratdığını vurğulayaraq bunları deyib: "Macarıstan bu addımı ilə özünü Qərbin bir hissəsi kimi deyil, Qərblə Rusiya arasında mövqe tutan ölkə kimi göstərir.”
Onun sözlərinə görə, Rusiya prezidenti Macarıstana Türkiyə, Monteneqro və Serbiya üzərindən uça bilər.
Gülay


