Icma.az
close
up
RU
Polşadan təcili ÇAĞIRIŞ Şərqi Avropada gərginlik yenidən PİK HƏDDƏ

Polşadan təcili ÇAĞIRIŞ Şərqi Avropada gərginlik yenidən PİK HƏDDƏ

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Polşa Xarici İşlər Nazirliyi vətəndaşlarına Belarusu dərhal tərk etməyi və ölkəyə səfərlərdən çəkinməyi tövsiyə edib.
"Xarici İşlər Nazirliyi Belarus Respublikasına hər cür səyahətdən çəkinməyi tövsiyə edir və hazırda Belarus Respublikasında olan Polşa vətəndaşlarını mövcud kommersiya və şəxsi vasitələrdən istifadə etməklə dərhal onun ərazisini tərk etməyə çağırır", - deyə səfirliyin mətbuat xidmətindən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:
Köhnə qitədə XAOS BAŞLADI – Avropanın xilası üçün bircə yol QALIR...


Qeyd edək ki, sentyabrın 10-da Belarus ərazisindən Rusiyaya məxsus PUA-ların Polşaya hücumundan sonra Varşavanın Moskva ilə münasibətləri kimi, Minsk ilə münasibətləri də daha kəskin xarakter alıb. Sentyabrın 12-16-sı arasında keçirilən Belarus-Rusiya hərbi təlimləri fonunda Polşa özünün Belarusla olan sərhəd keçidlərini bağladı. Lakin hərbi təlimlərin bitməsindən sonra sərhəd keçid məntəqələrinin ikisi yenidən açıldı.
İndi isə rəsmi Varşava öz vətəndaşlarına təcili olaraq Belarusu tərk etməyə çağırır.
Görəsən, nə baş verir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov indiki məqamda Belarusla Polşa arasında hərbi toqquşma və eskalasiya riskini real hesab etmir:
“Polşa ilə Belarus arasında barışmazlıq hökm sürür. Bu da Belarusun ənənəvi olaraq Rusiyanın hərbi müttəfiqi olması və Polşanın da Moskva ilə tamamilə əks siyasi dəyərləri bölüşməsinin nəticəsidir. Müxtəlif dövrlərdə bu siyasi fikir ayrılıqlarının Varşava ilə Minsk arasında gərginliyə, hətta diplomatik böhrana səbəb ola biləcək qarşılıqlı sərt açıqlamalara səbəb olduğunu da görmüşük.
Belarusdan və yaxud Rusiyadan Polşaya qarşı hər hansı hücumun olacağı gözlənilmir.
Ekspert düşünür ki, ola bilsin, Rusiya-Ukrayna müharibəsinin dalana dirənməsi və müharibənin başa çatması ilə bağlı ümidlərin özünü doğrultmaması Polşanın narahatlığına səbəb olub:
“Varşavada düşünürlər ki, müharibənin yekunlaşmaması Rusiyanın daha aqressiv başqa hücumlarına da səbəb ola bilər. Yaxud da Polşa təhlükəsizlik qurumları və analitiklər belə qənaətə gəliblər ki, müharibədəki dalana dirənmiş vəziyyətdən diqqəti yayındırmaq üçün Moskva Belarusdakı Polşa vətəndaşları üzərindən hansısa bir təxribat törədilə bilər kimi “bum” yaratmağa çalışır”.
Polşa narahatlığında haqlıdır
Lakin Minsk ilə Vaşinqton arasında son zamanlar müəyyən yumşalmanın olmasını əsas gətirən ekspert, bu əsasda Belarusda Polşa vətəndaşlarına qarşı hansısa neqativ addımların atılacağına o qədər də inanmır:
“Nəzərə alaq ki, son dövrlər Amerika rəsmilərinin Belarusa səfərləri fonunda Minsk ilə Vaşinqton arasındakı münasibətlərdə nisbətən yaxşılaşma hiss olunur. Belə olan halda Belarusda Polşa vətəndaşlarına qarşı hansısa neqativ addımların atılmayacağını düşünürəm. Lakin hər bir halda Polşa da etdiyi çağırışda haqlıdır. Müharibənin məntiqi sonluğa çatmaması Polşanın haqlı narahatlığına səbəb olub. Bu baxımdan da vəziyyətin gərginləşəcəyini güman edərək, öz vətəndaşlarını geri çağırır”.
Rüfət Sultan, Bizim.Media  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Sentyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri