Icma.az
close
up
RU
Polşadan xəbər gəlməsəydi, zəhərli fincanlar satılacaqdımı? RƏY

Polşadan xəbər gəlməsəydi, zəhərli fincanlar satılacaqdımı? RƏY

Icma.az bildirir, Sherg.az portalına istinadən.

İstehlakçı təhlükədədir

Eyyub Hüseynov hökuməti təcili addıma çağırdı

Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin birgə məlumatında qeyd olunur. Bildirilir ki, tərkibində kadmium və qurğuşun olan məhsulların 6 ədədi "Sevinc Mall" Ticarət Mərkəzində yerləşən "Sinsay" mağazasına göndərilib: "Sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib. Həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları yoxlanılması məqsədilə Respublika Sanitariya-Karantin Mərkəzinə təqdim etmələri xahiş olunur. Laborator müayinələr ödənişsiz əsaslarla həyata keçiriləcək. Yoxlamalar nəticəsində təhlükəli ağır metallar aşkarlanmadığı halda, məhsullar vətəndaşlara geri qaytarılacaq". Vurğulanıb ki, hazırda AQTA və Səhiyyə Nazirliyi məsələni nəzarətdə saxlayır.

Tərkibində zərərli maddələr olan mallar ölkəyə necə idxal edilib, gömrükdə yoxlanmayıbmı və niyə? Bu məlumat satış mərkəzlərində, marketlərdə tərkibi şübhəli, zərərli bəlkə də yüzlərlə məhsulun olması ehtimalı yaradır. Zatən Çin mallarının keyfiyyətsiz materiallardan hazırlandığı bəlli idi. Dəfələrlə uşaq oyuncaqları ilə bağlı da oxşar xəbərdarlıqlı məlumatlar yayılıb. Səhiyyə Nazirliyi niyə indi ayılıb? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında qeyd etdi ki, şüşə fincanlarda ağır metalların olması haqda məlumat Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Polşa Respublikasından daxil olub. Məlumata əsasən, Çin Xalq Respublikasında fəaliyyət göstərən “Market Union Co. Ltd” şirkəti tərəfindən istehsal edilən şüşə fincanlarda kadmium və qurğuşun ağır metallarının miqrasiyası aşkarlanıb. Demək, Polşadan məlumat gəlməsəydi, zərərli məhsullar satışda qalacaqdı? E.Hüseynov bildirdi ki:  

- Bir neçə il əvvələ kimi ölkədə Nazirlər Kabinetinin 343 saylı qərarı mövcud olub. Qərarda 100-dən artıq mal və məhsulun siyahısı verilirdi ki hansı mallar nlar ölkənin əmtəə bazarına daxil olmadan öncə hərtərəfli sanitar-karantin yoxlamadan keçirilməlidir. Lakin 10 ildən artıqdır ki bu qərar ləğv olunub, on görə də mallar yoxlanmadan ölkəyə idxal olunur. Azərbaycan hökuməti ölkəyə mal-məhsul ixrac edən sahibkarlar, biznes qurumlarına sərbəst imkan yaradıb ki idxal potensialını artıra bilsinlər. Amma biznes qurumları onlara yaradılmış bu şəraitdən sui-istifadə edərək tərkibi yoxlanmamış, keyfiyyəti yoxlanmamış, zəmanətsiz malları ölkəyə idxal edir, istehlakçı üçün zərərli, təhlükəli mal və məhsulları ölkəyə idxal edirlər. Bu yolverilməzdir. Ölkənin mükəmməl istehlakçı siyasəti formalaşmalıdır. Nazirlər Kabinetinin həmin qərarı müəyyən dəyişikliklə yenidən qüvvəyə minməlidir ki bütün mallar yoxlansın, tərkibində insan həyatı, sağlalığı üçün zərərli maddələr olan malların ölkəyə idxalının qarşısı alınsın, istehlakçı hüquqları qorunsun. Mövcud azadlıqdan biznes qurumları sui-istifadə edirlər. Biz bunun tərəfdarı deyilik.   

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Dekabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri