Icma.az
close
up
RU
Polşanı müharibəyə cəlb etmək planı AKTİVLƏŞDİRİLDİ Böyük savaş nə zaman BAŞLAYACAQ?

Polşanı müharibəyə cəlb etmək planı AKTİVLƏŞDİRİLDİ Böyük savaş nə zaman BAŞLAYACAQ?

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropada yeni kabus dolaşır. Bu kabusdan ən çox nəsibini alan isə Polşadır. Dünyaca nüfuzlu ekspertlər, nəşrlər və televiziyalar iddia edirlər ki, Rusiyanın Ukraynadan sonrakı hədəfi Polşadır. Bu məqsədlə rəsmi Moskva son hazırlıqlarını görür və sərhədə ordu toplayır.
Bəs reallıqda nə baş verir?
Nəzərə alaq ki, hələ bu ilin may ayında məlumat yayıldı ki, Polşa NATO-ya üzv olan digər ölkələrin iştirakı ilə son illərin ən böyük hərbi təlimlərini keçirəcək. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış mətbuat konfransı zamanı bildirmişdi ki, bu, Polşa və müttəfiqlərinin Rusiya və Belarusun keçirəcəyi bu ilin ən böyük hərbi təlimləri - "Qərb-2025"ə cavabı olacaq.
Polşa Silahlı Qüvvələri Baş Qərargah rəisi general Veşlav Kukula isə bildirmişdi ki, təlimlərin əsas vəzifələrindən biri Varşavanın şərqində yerləşən 18-ci diviziyanın "Abrams" tankları kimi yeni texnikaya nə qədər yiyələndiyini yoxlamaqdır.
 

Maraqlıdır ki, sonradan Finlandiya və Litva da bu təlimlərə qoşuldu. Belə ki, avqustun 25-də Finlandiyada Avropa və ABŞ hərbçilərinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər başlayıb. Təlimlər sentyabrın 12-dək davam edəcək. Hərbi manevrlərdə təxminən 1,6 min hərbçi iştirak edir. Təlimlər ölkənin quru, dəniz və hava məkanını əhatə edəcək. Proqram çərçivəsində NATO ölkələrinin xüsusi təyinatlı qüvvələrinin Şimali Avropa şəraitində birgə əməliyyat imkanları sınaqdan keçiriləcək.


Maraqlıdır ki, təlimlər dövründə Polşanın Baş naziri Donald Tusk və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Polşa-Belarus sərhədi yaxınlığına gəliblər. Hətta burada birgə brifinq keçiriblər. Tusk bildirib ki, yaxınlıqda Belarus qoşunlarının olması barədə xəbərdarlıqlara baxmayaraq, AK rəhbəri mətbuat konfransını ləğv etməkdən və ya təxirə salmaqdan imtina edib.
Fon der Lyayensə deyib ki, Aİ-nin müdafiə sənayesinə investisiyaların 150 milyard avroya (Security Action for Europe, SAFE) çatıdırılması planından əsas faydanı Polşa götürəcək.
Təlimlərdən əlavə Polşa Belarusla sərhəd müdafiəsini gücləndirərək, təxminən 400 km-ə qədər uzanan sərhədin mühafizəsi üçün 13 minə yaxın əsgər göndərib.
NATO ölkələrinin Şərqi Avropanın 3 dövlətində eyni vaxtda genişmiqyaslı təlimlər keçirməsi əslində Rusiyaya əzəli nümayişi idi.
Təbii ki, rəsmi Moskva bunu yaxşı anlayır.
Ona görə də Kreml sentyabrın 12-dən 16-dək Belarusun qərbində “Qərb-2025” təlimlərin keçirilməsinə göstəriş verdi. Moskva bu manevrlərlə Şimali Atlantika Alyansı qüvvələri ilə mümkün toqquşma ssenarisinə hazır olduğunu göstərmək istəyir.
Bu proseslər fonunda sentyabrın 9-dan 10-na keçən gecə Rusiya ordusuna məxsus zərbə dronları Polşanın hava məkanını pozub.
Bunun ardınca Polşa hərbi hava qüvvələri təhlükənin qarşısını almaq üçün aviasiyanı havaya qaldırıb, dörd aeroport bağlanıb. Eyni zamanda Polşa tərəfi Rusiyadan uçan PUA-ların zərərsizləşdirildiyi haqqında məlumat yayıb.
Təbii ki, Ağ Evin də reaksiyası gecikmədi. Belə ki, ayın 10-da ABŞ Prezidenti Donald Tramp Rusiyanın Polşaya PUA hücumuna reaksiya verib.
“Rusiya Polşa hava məkanını PUA-larla pozub? Nə baş verir? Başlayır”, - deyə ABŞ lideri qeyd edib.

Rusiyadan gələn təkzib.
Bütün bu açıqlamalar fonunda Rusiyadan soyuqqanlı bir bəyanat gəldi. Rusiya Müdafiə Nazirliyi bəyan etdi ki, Ukrayna müdafiə sənayesi müəssisələrinə qarşı həyata keçirilən genişmiqyaslı zərbə zamanı Polşa ərazisində heç bir obyektin hədəf alınması planlaşdırılmayıb.
Nazirlik açıqlamasında istifadə olunan pilotsuz uçuş aparatlarının (PUA) maksimal uçuş məsafəsinin 700 kilometrdən çox olmadığını bildirib. Bu səbəbdən onların Polşa sərhədini keçməsi ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığı vurğulanıb.
Rusiya Müdafiə Nazirliyi həmçinin bu məsələ ilə bağlı Polşa Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmağa hazır olduqlarını qeyd edib.

Niyə məhz Polşa?
Nəzərə alaq NATO-nun 3 ölkəsində hərbi təlimlər keçirilsə də, Polşa yeni münaqişə ocağı kimi göstərilir. Baxmayaraq ki, həm Finlandiyada, həm də Litvada keçirilən təlimlər insidentsiz keçməyib. Məsələn Litvada hərbi təlimlər zamanı 4 ABŞ hərbçisi itkin düşüb. Aparılan axtarışlardan sonra hərbçilərin meyitləri tapılıb.
Nəzərə alaq ki, onlar Belarusla sərhəddə keçirilən manevrlərdə iştirak edən ABŞ hərbi kontingentinin tərkibində olub.
Nə təsadüfdürsə, hərbçilərin qətlə yetirildiyi haqqında informasiyalar dolaşsa da Pentaqon hərbçilərin hansı şəraitdə həlak olduqlarını açıqlamayıb. Bu da haqlı şübhələr oyadır ki, nəyə görə Litva və Finlandiyada baş verənlər diqqətdən kənarda saxlanılır, əksinə Polşa ətrafında ajiotaj yaradılır.
Deməli Qərb Ukraynadan sonra müharibə alovunun Polşaya keçməsini istəyir. Buna da müvafiq zəmin hazırlanır.
Yeni münaqişə ocağı kimi Polşanın hədəfə alınmasının bir neçə səbəbi var. Əsas səbəb odur ki, Polşa inzibati ərazisinə və təbii ehtiyatlarına görə Avropanın ən böyük dövlətlərindən biridir. ABŞ və bəzi aparıcı Avropa dövlətləri də Polşa kimi güclü iqtisadi dayaqları və sabit həyat tərzi olan bir ölkəni çevrələrində görmək istəmirlər.

İkinci səbəbsə odur ki, Polşa Avropa İttifaqında özünü çox sərbəst aparır. Bir çox hallarda isə aparıcı dövlətlərin təklifləri ilə razılaşmır. Ona görə də Aİ Polşanı cəzalandırmaq istəyir.
Bundan əlavə, Qərb Polşanı yeni müharibə bataqlığına çevirməklə Rusiyanı daha da zəiflətmək istəyir.
Ssenari baş tutacaqmı?

Rusiya Polşa müharibəsinin başlanması üçün heç bir əsas yoxdur. Əvvəla ona görə ki, Rusiya bütün diqqəti Ukraynaya yönəldib. Bu cəbhədə isə hələ ki, son söz deyilməyib. Üstəlik Ukrayna müharibəsi Rusiyanı xeyli zəif salıb. Belə bir vəziyyətdə Rusiya ikinci bir cəbhənin açılmasını heç cür istəməz.
Digər tərəfdən Ukraynadan fərqli olaraq Polşa həm Aİ, həm də NATO üzvüdür. Bu da o deməkdir ki, müharibə başlayarsa Rusiya NATO ilə birbaşa münaqişəyə girmiş olacaq. Bu isə Rusiyanın istəyəcəyi ən son şeydir.
Bununla belə ABŞ və Aİ Rusiyanı yeni müharibə bataqlığına çəkmək istəyir. Onların istəklərinə nail olub-olmayacağını isə zaman göstərəcək.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Sentyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see252

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see239

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see196

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see187

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see186

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see184

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see173

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see159

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see155

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see146

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see127

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see123

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see122

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see121

Bakıda “Azerbaijan Fashion Week”in 19 cu mövsümü keçirilib

10 Dekabr 2025 07:30see118

Arina Sabalenka qadın tennisində transgenderlərin iştirakına qarşıdır

10 Dekabr 2025 04:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri