Polşanın baş naziri: Qarşıdakı həftələr Ukrayna üçün həlledici olacaq
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Qarşıdakı həftələr Ukraynadakı münaqişə və Qərbin gələcəyi üçün həlledici olacaq".
Bu barədə Polşanın baş naziri Donald Tusk özünün "X" hesabında yazıb.
"Növbəti həftələr təkcə Ukraynadakı müharibə üçün deyil, həm də gələcəyimiz üçün həlledici olacaq", - deyə o paylaşım edib.
Bundan əlavə, Polşa hökumətinin başçısı Qərb ölkələrini Rusiya rəhbərliyi ilə "telefon diplomatiyası" qurmağa cəhd etdiklərinə görə tənqid edib.
"Bu danışıqlar Ukraynaya Qərbin real dəstəyini əvəz edə bilməz", - o bildirib.
Qeyd edək ki, Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Almaniya kansleri Olaf Şoltsla Rusiya prezidenti Vladimir Putin arasında noyabrın 15-də Almaniya tərəfinin təşəbbüsü ilə söhbət baş tutub.
No-one will stop Putin with phone calls. The attack last night, one of the biggest in this war, has proved that telephone diplomacy cannot replace real support from the whole West for Ukraine. The next weeks will be decisive, not only for the war itself, but also for our future.
— Donald Tusk (@donaldtusk) November 17, 2024
Baxış sayı:132
Bu xəbər 17 Noyabr 2024 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















