Icma.az
close
up
RU
Polşanın nüfuzlu “Wnet” radiosu Qərbi Azərbaycan barədə material hazırlayıb

Polşanın nüfuzlu “Wnet” radiosu Qərbi Azərbaycan barədə material hazırlayıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vyana, 13 iyun, AZƏRTAC

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Polşanın nüfuzlu “Wnet” radiosuna Varşavanın mərkəzində yerləşən Tvardovski meydanında təşkil edilmiş “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərlövhəli fotosərgi barədə müsahibə verib.

AZƏRTAC xəbər verir ki, “Qərbi Azərbaycan - Yaddaş, İrs və Gələcək. Səfir Nərgiz Qurbanova ilə müsahibə” başlıqlı müsahibədə dinləyicilərə həm tədbirin ideyası, həm də xalqımızın tarixi Qərbi Azərbaycan torpaqlarındakı mürəkkəb taleyi barədə məlumat verilir.

Sərgidə Qərbi Azərbaycanlıların mədəni irsi, tarixi və deportasiyasının dramatik taleyinin təqdim olunduğunu qeyd edən səfir onun təkcə bu bölgənin mədəniyyətinin zənginliyini - memarlıqdan tutmuş xalq sənətinə, kulinariya ənənələrinə qədər deyil, həm də deportasiya və abidələrin dağıdılması ilə bağlı tarixin faciəli səhifələrini nümayiş etdirdiyini bildirib. O, indiki Ermənistan ərazisində bir zamanlar yaşayan Azərbaycanlıların zəngin mədəniyyət, incəsənət və ədəbiyyat nümunələri yaratdığını diqqətə çatdırıb.

N.Qurbanova İrəvan xanlığının 1828-ci ildə Rusiya İmperiyası tərəfindən ilhaq edilməzdən şəhərin azərbaycanlılardan ibarət olmaqla yanaşı, həm də ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin canlı mərkəzlərindən biri olduğunu əlavə edib. “Sonrakı onilliklər ərzində çar hakimiyyətinin, daha sonra isə sovet və Ermənistan hakimiyyətinin siyasəti nəticəsində azərbaycanlılar sistemli şəkildə köçkünlərə məruz qalıb, qətlə yetirilib, onların irsi məhv edilib, Sərdar sarayı və Şah Abbas məscidi kimi Azərbaycan mədəni irsinin şah əsərləri yandırılaraq dağıdılıb”, - deyə səfir məlumat verib. Səfir N.Qurbanova, eyni zamanda, XIX əsr Avropa səyyahlarının salnamələrində İrəvanın sarayları, məscidləri və bazarları olan tipik müsəlman şəhəri kimi təsvir edildiyini xatırladıb.

Müsahibədə Qərbi Azərbaycan İcması, onun məqsəd və fəaliyyətləri barədə də məlumat verilib. Qərbi Azərbaycandan olan qaçqınların problemləri ilə məşğul olan yeganə ictimai qurum olan İcmanın məqsədinin təkcə itkiləri sənədləşdirmək deyil, həm də geri qayıtma konsepsiyasının hazırlanması olduğunu əlavə edilib. Bu konsepsiya beynəlxalq hüquqa, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və qaçqınların statusu ilə bağlı konvensiyalara əsaslanır.

Diplomat bölgənin zəngin təhsil və elm ənənələrinə toxunaraq 1863-cü ildə İrəvanda 15 özəl məktəbin olduğunu, 1881-ci ildə fəaliyyətə başlamış Müəllimlər Seminariyasının görkəmli siyasətçilər, hərbçilər və ziyalılar yetişdirdiyini qeyd edib.

Qeyd edək ki, 7-28 aprel tarixlərində Varşavanın mərkəzində yerləşən Tvardovski meydanında “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərlövhəli fotosərgi təşkil olunub. Sərgidə İrəvan xanlığının bayrağı, Qərbi Azərbaycanlıların deportasiyası, dağıdılmış məscidlərimiz, abidələrimiz, qəbiristanlıqlarımız, Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin fotolarının əks olunduğu fotolar nümayiş olunub.

Məqalənin tam mətni ilə radionun internet səhifəsində tanış olmaq mümkündür.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri