Icma.az
close
up
RU
Polşaya PUA hücumu Avropanı silkələdi: Müharibə Ukrayna sərhədini keçir? ŞƏRH

Polşaya PUA hücumu Avropanı silkələdi: Müharibə Ukrayna sərhədini keçir? ŞƏRH

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın Polşanın hava məkanını pilotsuz uçuş aparatları ilə pozması və bir sıra strateji nöqtələri hədəfə alması bölgədə gərginliyi kəskin şəkildə artırıb.

Polşa hakimiyyəti hücumu "ciddi təxribat" kimi qiymətləndirərək, NATO-nun təsis müqaviləsinin 4-cü maddəsinə əsasən təcili məsləhətləşmə tələb edib.

Hadisə, Ukrayna müharibəsinin Avropa sərhədlərindən kənara çıxma ehtimalını ciddi şəkildə gündəmə gətirərkən, NATO rəhbərliyi Rusiyanın "ehtiyatsız və təxribat xarakterli" davranışını qınayıb və şərq cinahında müdafiə və çəkindirmə tədbirlərinin gücləndiriləcəyini bildirib.

Polşa isə cavab olaraq müdafiə gücünü artırmaq üçün hərəkətə keçib, yeni hava hücumundan müdafiə sistemlərinin yerləşdiriləcəyi və strateji tərəfdaşlarla hərbi əməkdaşlığın genişləndiriləcəyi elan olunub.

Mütəxəssislər bu hücumun Ukrayna münaqişəsinin Avropa qitəsinə yayılma riskini artırdığını qeyd edir və yaxın günlərin gedişatının kontinental təhlükəsizlik arxitekturası üçün həlledici ola biləcəyini vurğulayırlar.

Müharibənin həqiqətən bütün Avropaya yayılma ehtimalı varmı? NATO Rusiyaya qarşı hansı addımları ata bilər?
Turkustan.az olaraq bu sualları siyasi şərhçi Tural İsmayılova ünvanladıq.

Tural İsmayılov

Rusiya ilə Polşa sərhədində PUA hücumu xəbəri təsdiqlənərsə, bu, müharibənin təkcə Ukrayna ilə məhdudlaşmadığını göstərir. Hadisə Avropa üçün yeni təhlükəsizlik mərhələsinin başlanğıcı ola bilər. Polşa NATO üzvü olduğuna görə məsələ sıradan insident kimi qalmayacaq.

Belə hücum kollektiv müdafiə mexanizmini gündəmə gətirir. NATO Nizamnaməsinin 5-ci maddəsi hücumun bir üzvə deyil, bütün alyansa qarşı olduğunu bəyan edir. Buna görə də cavab yalnız Polşanın deyil, bütün blokun reaksiyası olacaq. Ancaq alyansın birbaşa müharibəyə girməsi real görünmür.

NATO daha çox sərhədlərdə hərbi qüvvəni gücləndirməyə üstünlük verəcək. Polşada əlavə qoşun və hava hücumundan müdafiə sistemləri yerləşdirilə bilər. Eyni zamanda, Ukraynaya silah və maliyyə dəstəyi artırılacaq. Bu, Moskva üzərində əlavə təzyiq vasitəsi kimi işləyəcək.

Avropa dövlətləri də sanksiyaların sərtləşdirilməsinə gedə bilər. Lakin böyük dövlətlər nüvə qarşıdurması riskini nəzərə alaraq ehtiyatlı davranacaq. Hücumun geniş miqyasda təsdiqlənməsi Avropada təhlükəsizlik mühitini dəyişəcək. Artıq müharibə yalnız Ukraynanın taleyi ilə məhdudlaşmır. Bütün Avropanın sabitliyi və gələcək geosiyasi balansı məsələyə çevrilib.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Sentyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri