Polşaya sərt xəbərdarlıq: “2 3 günə yox edərik”
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Rusiyanın hərbi gücü ilə bağlı açıqlamalarını sərt şəkildə tənqid edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Patruşev bu barədə “aif.ru”ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, Sikorski Polşanın Rusiya üzərində hərbi üstünlüyə malik olduğunu iddia etməklə Moskvanın hərbi potensialını düzgün qiymətləndirmir. Patruşev bildirib ki, Polşa Rusiyaya qarşı hərbi əməliyyatlara başlasa, Moskva malik olduğu bütün qüvvə və vasitələrdən istifadə edə bilər.
“Polşanın Rusiya üzərində hərbi üstünlüyündən danışan Sikorski, görünür, Polşanın Rusiya ilə hərbi qarşıdurmaya girməsi halında ölkəmizin malik olduğu bütün qüvvə və vasitələrdən istifadə edəcəyini və Polşa dövlətçiliyinin iki-üç gün ərzində mövcudluğunu dayandıracağını dərk etmir”, – deyə Patruşev bildirib.
O, həmçinin qeyd edib ki, Rusiyanın hazırkı hərbi əməliyyat zamanı bütün hərbi potensialından istifadə etmədiyini iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 15 Sentyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















