Pomidor ixracı Azərbaycana 14 mln. dollara yaxın gəlir gətirib
Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar ayında Azərbaycan 13.6 mln. ABŞ dolları dəyərində pomidor ixrac edib. Bu, illik müqayisədə 1.1 milyon dollar və ya 7.5% azdır.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, 2025-ci ilin yanvar ayında pomidor ixracının ümumi dəyəri 14.7 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (33 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (29.3 milyon ABŞ dolları) ikinci, xurma (22.3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 06 Mart 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















