“Porsche” bu modellərin istehsalını dayandırır
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Almaniyanını “Porsche” avtomobil şirkəti yaxın bir neçə il ərzində “Panamera” və “Taycan” modellərinin istehsalını dayandıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Carscoops” portalı məlumat yayıb.
Portalın məlumatına görə, məqsəd “Panamera” və “Taycan” modellərini tək bir xətt altında birləşdirməkdir. Çünki ortaq xətt satışların azalması fonunda xərcləri azalda, həmçinin, hər iki “platformanı” qoruya bilər.
Bu eyni zamanda şirkətin “Macan” və “Cayenne” krossoverləri üçün artıq istifadə etdiyi yanaşmanı xatırladır: daxili yanma mühərrikləri (ICE) və hibridləri olan versiyalar bir arxitektura, tam elektrik modifikasiyaları isə digər arxitekturaya əsaslanacaq.
Əgər plan həyata keçsə, yeni model alıcılara benzin, hibrid və tam elektrik versiyaları kimi müxtəlif güc aqreqatları təklif edəcək.
Daxili yanma mühərriki versiyalarının PPC platformasından, elektrik modellərinin isə daha müasir SSP Sport arxitekturasından istifadə edəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:“Porsche” 2 modelin istehsalını dayandırır FOTO
26 May 2025 17:49
“Tesla” bu modellərin istehsalını dayandırır
29 Yanvar 2026 11:26
“Porsche” velosiped istehsalını dayandırdı FOTO
20 Dekabr 2025 20:25
iPhone bu modellərin satışını dayandırır
16 Dekabr 2024 12:10
“Porsche” böhranla üzləşib
08 Fevral 2025 08:48
Baxış sayı:153
Bu xəbər 10 Mart 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















