“Port Bazar”, “Privatika” və “Rahat Market”də maaş aylardır verilmir?
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Rahat”, “Grandmart”, “Bolmart”, “Port bazar”, “Baqqal” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələrinin külli miqdarda vergi borcu yarandığı ilə bağlı iddialar yayılıb.
İddialara əsasən, adları qeyd olunan marketlər şəbəkələrində ümumilikdə 10 mindən çox işçi çalışır və aylardır onlar maaş ala bilmirlər. Yaranmış vəziyyətin minlərlə ailənin maddi vəziyyətinə mənfi təsir göstərdiyi qeyd olunur. Eyni zamanda, adıçəkilən marketlərin böyük məbləğdə vergi borcunun toplandığı, həmçinin təchizatçılara on milyonlarla manat həcmində ödəniş etmədiyi barədə iddialar səsləndirilir.
Məlumata görə, bəzi təchizatçı şirkətlər borcların geri qaytarılması məqsədilə artıq məhkəməyə üz tutublar.
Yayılan iddialar nə dərəcə düzgündür?
“Cebheinfo.az” – a açıqlamasında “Rahat Market” şəbəkəsinin Marketinq şöbəsinin rəhbəri Kənan Şirinov bildirib ki, maaş ödəməməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Marketdə maaşın ödənilməsi ilə bağlı heç bir problem yoxdur. Həmçinin, şirkətin heç bir vergi, bank və ya kredit borcu da yoxdur. Məlumatı dəqiqləşdirmək istəyənlər Vergilər Nazirliyinə müraciət edə və ya istənilən mağazamıza yaxınlaşıb əməkdaşlardan soruşa bilərlər ki, maaş alırlar, ya almırlar.
Əməkdaşlarımızın maaş aldıqlarına dair təsdiqləri də təqdim edə bilərik. Hər halda, biz maaş verməsəydik, bu qədər işçi burada işləməzdi”. O qeyd edib ki, son vaxtlar bəzi başqa şəbəkələrlə bağlı baş verən hadisələr fonunda onların da adı çəkilir:
“Amma ki, “Grandmart” və “Bolmart” şəbəkələrinin “Rahat Market”ə heç bir aidiyyəti yoxdur, onların idarəetməsi tamamilə başqadır. “Port Bazar”, “Privatika” və “Rahat Market” mağazalar şəbəkəsinə cavabdeh şəxs olaraq bildirirəm ki, əməkhaqqı, vergi və digər maliyyə öhdəlikləri ilə bağlı heç bir gecikmə yoxdur.
Şirkət 4000-dən çox əməkdaşla fəaliyyət göstərir və bəzi xəbərlərdə işçi sayının 10 min göstərilməsi tamamilə yalandır. Bütün öhdəliklərimiz tam vaxtında yerinə yetirilir, əməkhaqqılar gecikmir və yayılan məlumatlar həqiqəti əks etdirmir”. Sözügedən iddialarla bağlı “Bolmart”dan cavab almaq mümkün olmayıb.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: marketlər Kənan Şirinov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:278
Bu xəbər 17 Fevral 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















