Icma.az
close
up
RU
Portuqaliya eksperimental heyətlə də uduzmadı

Portuqaliya eksperimental heyətlə də uduzmadı

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əvvəlki turda qrup liderliyini təmin edən Portuqaliya, gözlənildiyi kimi, meydana eksperimental heyətlə çıxmışdı. Roberto Martinesin komandanın bir çox liderlərini Splitə aparmayacağını xəbər vermişdik. Kriştiano Ronaldo, Bernardo Silva və Netonun yoxluğunda “Benfika”nın 22 yaşlı müdafiəçisi Araujo yığmada debüt etdi.

Bu oyun Portuqaliya üçün heç bir önəm daşımasa da, Xorvatiyaya xal lazım idi. Ya da “damalılar” Polşanın qələbəsi üçün dua etməliydi. Xorvatiya fasiləyə qədər yalnız daha çox qol vurduğuna görə 2-ci pilləni qorudu. Özü də hər iki matçın axarı Daliçin komandasını qane etməyən şəkildə gedirdi. Birincisi, 33-cü dəqiqədə Feliş xorvatların qapısına yol tapdı. İkincisi, hələ oktyabrda sonuncu yerdə qərarlaşan Şotlandiya paralel keçən oyunun əvvəlində Polşanı məyus etməklə 2-ci pilləyə yüksəldi. Makqinn ardıcıl 2-ci oyunda fərqləndi.
Xorvatlardan Matanoviçlə Kramariçin fərqlənmək şansı olsa da, fasiləyə qədər hesab dəyişmədi. Hər halda, elə ilk yarının sonunda vəziyyət balkanlılar üçün daha faciəvi ola bilərdi. Onların xoşbəxtliyindən şotlandların liderlərindən Maktominey Varşavada topu tirə vurdu, Portuqaliyanın heyətində isə Leao fərqi artırmaq imkanını qaçırdı.
Fasilədən sonra vəziyyət dəyişdi. Polşa Pyontkovskinin uzaq “9-luğ”a dəqiq zərbəsi sayəsində hesabı bərabərləşdirdi. Tezliklə xorvatlar da eyni yolda addımladı. Yakiçin ötürməsindən sonra iti bucaq altında olan Qvardiol qapıya dəqiq zərbə vurdu. Bu, onun DÇ-2022-də bürünc medal qazanılandan bəri vurduğu ilk qoldu. Sonda sanki komandalar heç-heçəyə razı idi. Axı Portuqaliyanın irəli atılması mənasız idi, bu nəticə paralel keçən oyunun hansı hesabla bitməsindən asılı olmayaraq, Xorvatiyanı da razı salırdı. Beləcə Daliçin komandası 2-ci oldu.
Digər oyunda sonluq maraqlı alındı. Levandovskinin yoxluğunda hücum potensialı xeyli azalan Polşa heç-heçəni də qoruya bilmədi və B liqasına yollandı. Hərçənd polşalıların halına acımaq əvəzinə üç məğlubiyyətlə başlayıb, sonradan vəziyyəti düzəldən Şotlandiyaya heyranlıq duymaq daha yaxşı olardı. Robertsonun 3-cü uzatma dəqiqəsində vurduğu gözəl baş zərbəsi Şotlandiyaya gələn ilin martında A liqasında yerini qorumaq üçün pley-offa qatılmaq imkanı yaratdı.
A liqası, 1-ci qrup
Xorvatiya – Portuqaliya 1:1 (0:1)

Xorvatiya: Livakoviç, Qvardiol, Çaleta-Sar, Şutalo, Sosa (Yakiç, 46), Kovaçiç (Paşaliç, 46), Modriç (Moro, 78), Perişiç (L.Suçiç, 58), Baturina, Matanoviç (Budimir, 63), Kramariç.
Portuqaliya: Sa, Veyqa, Araujo (Calo, 63), Semedo, Mendeş (Dalot, 80), Vitinya, Neveş, Otavio (F.Silva, 71), Kanselo, Leao (F.Konseysao, 71), Feliş.
Qollar: Feliş, 33 (0:1). Qvardiol, 66 (1:1).
Vərəqələr: Veyqa, 90. F.Silva, 90+5 – sarı.
Hakim: Davide Massa (İtaliya).
18 noyabr. Split. 33386 tamaşaçı.
Polşa – Şotlandiya 1:2 (0:1)
Polşa: Skorupski, Bulka, Kivyor, Valyukeviç, Pyontkovski, Zalevski, Zyelinski, Moder (Sliş, 46), Şimanski, Kaminski (Puxaç, 63), Sviderski (Urbanski, 75), Buksa.
Şotlandiya: Qordon, Robertson, Henli, Suttar, Rolston (Delvin, 76), Maklin, Gilmor (Armstronq, 87), Makqinn, Maktominey (Qold, 76), Doak (Şenklend, 66), Dayks (Kristi, 66).
Qollar: Makqinn, 3 (0:1). Pyontkovski, 59 (1:1). Robertson, 90+2 (1:2).
Vərəqələr: Maklin, 31. Kristi, 70. Zyelinski, 79. Buksa, 90+3. Makqinn, 90+5 – sarı.
Hakim: Kristian Dingert (Almaniya).
18 noyabr. Varşava. 55433 tamaşaçı.
1. Portuqaliya 6 4 2 0 13-5 14
2. Xorvatiya 6 2 2 2 8-8 8
3. Şotlandiya 6 2 1 3 7-8 7
4. Polşa 6 1 1 4 9-16 4
Oyundan sonra
Zlatko Daliç, Xorvatiya yığmasının baş məşqçisi:

“Nəticələrlə bağlı böhran yaşamışıq, ancaq oyun böhranı heç vaxt olmayıb. Bu turnirdə bir neçə yaxşı oyun keçirdik. Bugünkü oyunun 2-ci hissəsi də daxil olmaqla. Bu gün uşaqlara dedim ki, inadkarcasına çalışmaqla bu nəticəni haqq etdiz. Heyətə bir neçə gənc oyunçu daxil etmişik. Onlar ümidlərimi müəyyən dərəcədə doğrultdu”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Dekabr 2024 01:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri