Portuqaliya Macarıstan üzərində qələbəni əldən verib, İrlandiya Ermənistandan üstün olub
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
DÇ-2026-nın Avropa seçmə mərhələsinin qrup mərhələsinin dördüncü turunda Portuqaliya millisi Macarıstanla heç-heçə edib.
İdman.Biz bildirir ki, Lissabondakı “Estadio Joze Alvalade”də keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.
Portuqaliya yığmasının heyətində 40 yaşlı Kriştianu Ronaldo 2 dəfə fərqlənərək, müvafiq olaraq 22 və 45-ci, 3-cü dəqiqələrdə qol vuraraq karyerasında 947-ci və 948-ci qollarına imza atıb.
Macarıstanın heyətində qolları Adam Şalai (8) və Dominik Soboslai (90+1) vurublar.
Bu qrupun digər oyununda İrlandiya Ermənistanı qəbul edib. İrlandlar Ferqyusonun 70-ci dəqiqədə vurduğu qolla 1:0 qələbə qazanıblar.
Roberto Martinezin baş məşqçisi olduğu Portuqaliyanın 10 xalı var və E qrupuna başçılıq edir. Marko Rossinin çalışdırdığı Macarıstan isə 5 xalla ikincidir. İrlandiya və Ermənistan müvafiq olaraq 4 və 3 xal toplayıblar.
Növbəti turda, noyabrın 13-də Portuqaliya İrlandiyaya səfər edəcək, Macarıstan isə həmin gün səfərdə Ermənistanla qarşılaşacaq.


