Portuqaliyalı futbolçunun qərarı “Neftçi”ni təəccübləndirdi
Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bir müddət öncə xəbər verdiyimiz kimi, “Neftçi” Rafael Quzzonu komandadan göndərmək niyyətindədi.
İdmanxeber.az-a verilən məlumata görə, baş məşqçi Samir Abasovun planlarına daxil olmayan oyunçu hələlik “ağ-qaralar”dan ayrılmaq istəmir. O, “Neftçi”dəki müqavilə şərtləri ilə başqa təklif almadığı üçün Bakı klubunda qalmaqda isirarlıdı.
Ancaq məşçqilər heyəti Quzzonu oynatmağı düşünmür. Hətta Abasov italiyalı yarımmüdafiəçini əsas komandandan uzaqlaşdırmaq niyyətindədi.
Onun yaxın günlərdə əvəzedici heyətə göndərilməsi gözlənilir.
Ötən ilin yayında komandaya transfer olunan Quzzo ilə 2 illik müqavilə bağlanmışdı.
Baxış sayı:124
Bu xəbər 03 Fevral 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















