Portuqaliyalı gənc futbolçu boğularaq vəfat edib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 16 iyul, AZƏRTAC
Portuqaliyanın “Despertar” klubunun futbolçusu Jorje Sarayva faciəvi şəkildə vəfat edib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, hadisə iyulun 15-də Kaşkaiş sahilində baş verib.
17 yaşlı futbolçu üç dostu ilə birlikdə çimərlikdə dincəlirmiş. Dənizə girdikdən sonra güclü axın onları aparıb. Xilasedicilər futbolçunun dostlarını sudan çıxarmağa müvəffəq olsalar da, Sarayvanın cəsədi yalnız müəyyən vaxt keçdikdən sonra tapılıb.
Sudan çıxarıldıqdan sonra ona ilkin tibbi yardım göstərilib. Lakin bütün səylərə baxmayaraq, gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Bu mövzuda digər xəbərlər:Portuqaliyalı futbolçu həbs olundu
07 Yanvar 2025 14:24
“Karvan”da portuqaliyalı futbolçu
07 Avqust 2025 10:16
Portuqaliyalı futbolçu “Milan”da
05 Fevral 2025 11:07
Portuqaliyalı futbolçu Yuventusda qalacaq
12 Dekabr 2024 16:32
Milan portuqaliyalı futbolçu ilə vidalaşdı
28 İyun 2025 19:39
Baxış sayı:75
Bu xəbər 16 İyul 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















