POS terminallar vasitəsilə aparılan ödənişlərin həcmi artıb
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar ayında Azərbaycanda POS-terminallar vasitəsilə aparılan ölkədaxili ödənişlərin sayı 56,9 milyon ədədə, həcmi isə 1,052 milyard manata bərabər olub.
Bu barədə Bakıvaxtı.az Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə say baxımından 13,8 milyon ədəd və ya 32%, həcm baxımından isə 122 milyon manat və ya 13,1% çoxdur.
Eyni zamanda, Azərbaycanda POS-terminallar vasitəsilə aparılan ölkədaxili ödənişlərin cəmi sayından 55,3 milyon ədədi, ümumi həcmindən isə 1,004 milyard manatı təmassız qaydada həyata keçirilib.
Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə say ifadəsində 13,7 milyon ədəd və ya 32,9%, həcm ifadəsində isə 134 milyon manat və ya 15,4% artım deməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 21 Mart 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















