Icma.az
close
up
RU
Posterminallarla işləməyən sahibkarlara nəzarət necə olur?

Posterminallarla işləməyən sahibkarlara nəzarət necə olur?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, sabahdan POS-terminalların quraşdırılmaması halları ilə bağlı nəzarət tədbirlərinə başlanılacaq.

Məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminalla deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə qanunvericiliyin tələblərinə baxmayaraq, ümumiyyətlə, POS-terminal quraşdırılmadığı müəyyən edilib. Noyabrın 16-dan etibarən həmin vergi ödəyiciləri ilə də bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Dövlət Xidməti tərəfindən həmin sahibkarlara nəzarət tədbirləri necə həyata keçirilə bilər? Bu tədbirlərin effektivliyi necə olar?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, hələ iki-üç həftə əvvəl dövlət "kartdan karta” ödəniş vasitəsi ilə həyata keçirilən əməliyyatlara dözümsüz yanaşacağını elan etdi və biznes sektorunda POS-terminallardan istifadəyə imkan verməyən subyektləri cəzalandıracaq:

"Həmin dövrdə isə bir neçə dəfə reydlər keçirildi, çox sayda sahibkarlar cərimələndi”.  

Ekpsertin sözlərinə görə, Vergi Xidməti üçün Post-terminallarla ödənişin həyata keçirilib-keçirilməməsini yoxlamaq çox asandı:

"Məsələn, onlar sıravi vətəndaş kimi yaxınlaşıb, Post-terminal tələb edə bilər. Əgər terminal olmazsa, həmin sahibkarlara da cərimələr tətbiq olunacaq.  Bu cərimələr isə 3 dəfə və müxtəlif məbləğlərdədir. Belə ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur. Və reyd zamanı belə hallar aşkarlanarsa, bu cərimələr də rahat tətbiq oluna bilir”. 

Xalid Kərimli qeyd edib ki, Vergi Xidməti əməkdaşlarına bu siyahılar bəllidir, çünki onlar zaman-zaman reydlər keçirərək yoxlanış aparırlar:

"Ona görə də Pos-terminaldan istifadə etməyən, onu saz vəziyyətdə saxlamayan, əsassız istifadəni məhdudlaşdıran sahibkarlar müəyyənləşib, ödəniş qaydalarının pozulmasına görə cəzalandırılacaq”. 

Həmsöhbətimiz qeyd edib ki, həmin cərimələrdən sonra sahibkarlar qaydalara əməl etməzsə, onlar haqqında səyyar vergi yoxlanılması açılır:

"Əsasən bu qaydaları mikro sahibkarlar pozduğuna görə bu məbləğdə cərimələr onlar üçün böyük və ciddi məbləğdir:

"Cərimənin ən sonuncusu isə 6000 manat məbləğindədir. Bundan sonra isə səyyar vergi yoxlamaları zamanı onlar daha ciddi şəkildə yoxlanılır”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Noyabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri