Icma.az
close
up
RU
Postmünaqişə dövründə yeni milli ideya və dövlətin informasiya siyasəti

Postmünaqişə dövründə yeni milli ideya və dövlətin informasiya siyasəti

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da həyata keçirilən antiterror əməliyyatından sonra ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Torpaqlarımızın azad olunması yeni dövrün başlanğıcı oldu. Yeni reallıqlar ideoloji və siyasi dəyişikliklərin də baş verməsini qaçılmaz etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, yeni dövrdə milli ideya ilə bağlı siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar müzakirələr aparmalıdır.

"Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır", - Prezident İlham Əliyev qeyd edib.

Müasir qlobal çağırışlar informasiya təhlükəsizliyinin gücləndirilməsini, dövlətin xarici və daxili təhdidlərdən qorunmasını, milli mənafelərin müdafiəsini, xarici siyasətdə milli maraqların əsas götürülməsini diktə edir. Məqsədli informasiya manipulyasiyalarının gücləndiyi bir zamanda ictimai rəyin düzgün istiqamətləndirilməsi, milli informasiya məkanının qorunması olduqca vacibdir.

Hərbi əməliyyatlar başa çatandan sonra Ermənistanın və ermənipərəst dairələrin ölkəmizə qarşı ideoloji basqıları, təhdidləri daha da gücləndi. Hərbi və siyasi müstəvilərdə ağır məğlubiyyətə uğrayan Ermənistan KİV-ləri, blogerləri, diaspor təşkilatları ölkəmizə qarşı informasiya təxribatlarının sayını artırdılar.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin postkonflikt dövründə yerli və xarici media orqanlarına müsahibələri, xalqa müraciətləri, bəyanatları təkcə ölkəmizə qarşı informasiya təxribatlarının qarşısını almadı, həm də Ermənistan cəmiyyətinin düşüncəsində dəyişikliklər yaratdı, erməni mediasının gündəmini dəyişdi.

Ermənistanın qeyri-konstruktiv davranışlarının və ərazi ilhaqı siyasətinin ifşası, beynəlxalq təşkilatların qətiyyətsiz davranışları, beynəlxalq ədalətin artıq işləməməsi haqqında ən yüksək tribunalarda səslənən bəyanatlar informasiya savaşında əldə etdiyimiz ən böyük uğurlardandır.

Artıq beynəlxalq media orqanları da Azərbaycan-Ermənistan münasibətlərində ölkə başçısının fikirlərinə daha çox istinad edirlər. Ermənistanın Azərbaycandan getdikcə artan informasiya asılılığı dövlət siyasətinin, plan və proqramların icrasını asanlaşdırır.

Ölkə başçısı “Əl-ərəbiyyə” və digər televiziya kanallarına müsahibəsində bu məsələni açıq və qətiyyətli şəkildə qoyurdu: “Danışıqlara geri qayıtmaq üçün birinci Ermənistanın baş naziri “Qarabağ Ermənistan deyil” deməlidir, çünki “Qarabağ Ermənistandır” ifadəsi yalandır, Qarabağ Azərbaycandır! O, torpaqların sahibi olan bizə onların qaytarılmasını təmin edən iyirmi il ərzində işlənib hazırlanmış prinsiplərə sadiq qaldığını deməlidir. Bu çirkin hərbi hücuma keçdikdən sonra o, bizə şəhərlərimizdən qoşunların çıxarılması üzrə vaxt cədvəlini verməlidir və belə olan halda biz savaşı dayandırmağa hazırıq. Əks halda, biz bunu güc yolu ilə edəcəyik, biz ərazi bütövlüyümüzü güc yolu ilə bərpa edəcəyik və ona yerini göstərəcəyik”. (Mənbə: https://president.az/az/articles/view/41712)

Postmünaqişə dövründə “Əl-Cəzirə”, “TRT Haber”, CNN-Türk, “CNN İnternational”, “Sky News”, “Fox News”, “Figaro”, “La Republica”, “Perviy kanal”, “Rossiya-1” telekanallarına müsahibələr verən Prezident İlham Əliyev Ermənistanın sülh əleyhinə addımlarını, insanlığa qarşı cinayətlərini arqumentlərlə əsaslandırmışdı.

Azərbaycanın apardığı haqq mübarizəsinin mahiyyətinə kölgə salmaq, dünya ictimaiyyətində azərbaycanlılar və türklər barədə mənfi rəy formalaşdırmaq istəyən qüvvələr Rəsmi Bakının sülh siyasətindən döndərə bilmədi.

Torpaqlarımızın işğaldan azad olunmasından sonra ölkə ictimaiyyətinin, xarici qonaqların, diplomatik korpusların təmsilçilərinin, yerli və beynəlxalq media qurumlarının nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərlərinin təşkil edilməsi, onların ermənilərin təcavüzkar, dağıdıcı əməllərinin şəxsən şahid olması, gördükləri acınacaqlı mənzərələrin foto və videolarını çəkərək dünyaya yayması Azərbaycanın informasiya siyasətinin uğurlu nəticələrindən biri oldu.

Beynəlxalq media qurumlarının işğaldan azad edilmiş ərazilərdən hazırladıqları yazı və süjetlər, reportajlar Ermənistanın 30 illik işğalçılıq fəaliyyətini ifşa etdi.

Ermənilərin məscidləri dağıdaraq ferma kimi istifadə etmələri, azərbaycanlıların və digər müsəlman xalqların dini heysiyyətini aşağılamaq məqsədilə dini ziyarətgahlarda donuz saxlamaları ilə bağlı foto və videokadrların yayılması da çox böyük əhəmiyyət kəsb etdi.

Ermənilər Qarabağ və Şərqi Zəngəzuru tərk edərkən fərdi evləri, yaşıllıq və meşə zolaqlarını yandırmaları, nadir ağacları kəsib aparmaları faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.

Post-konflikt dövründə Şuşa və Xankəndidə keçirilən mötəbər tədbirlər – Şuşa Qlobal Media Forumu, Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü, Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü, Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli Zirvə görüşü Qarabağ və Şərqi Zəngəzurun sülh və əməkdaşlıq məkanı kimi dünyada tanıdılmasında mühüm rol oynadı.

Postkonflikt dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın azad edilmiş ərazilərdə yaratdığı mina təhlükəsinə yönəldə bildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan “Böyük Qayıdış” proqramında işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi-sursatdan təmizlənməsi məsələsi prioritet kimi götürülmüşdü. Ermənistan beynəlxalq hüquq normalarını pozaraq işğal altında saxladığı torpaqlara, hətta təmas xətdindən uzaqda yerləşən ərazilərə minalar basdırmışdı.

Qubadlı və Zəngilan rayonlarına səfəri zamanı Prezident İlham Əliyev ermənilərin işğal altında saxladıqları rayonlarda böyük dağıntılar törətdiklərini, tarixi-mədəni abidələri məhv etdiklərini və bütün bunlara görə beynəlxalq məhkəmə qarşısında cavab verməli olacaqlarını bir daha bəyan etdi. Azərbaycanın iddia ərizəsində, həmçinin Ermənistanın ərazilərimizi kütləvi şəkildə minalaması, şəhər və kəndlərimizi yerlə-yeksan etməsi, habelə 2020-ci il 10 noyabr tarixli atəşkəs razılaşmasından sonra işğaldan azad edilmiş ərazilərimizə qanunsuz silahlı birləşmələr göndərməsi səbəbindən Azərbaycan Respublikası vətəndaşlarının öz evlərinə qayıtmaq hüququndan məhrum etməsi göstərilib. Ekspertlərin iştirakı ilə dəymiş ziyanın hesablanması və sonrakı mərhələdə Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsinə verilməsi Azərbaycanın haqq savaşına müsbət töhfə verəcəkdir.

Bütün yuxarıda qeyd olunanlar göstərir ki, Azərbaycanın informasiya siyasəti onun milli ideologiyasının tərkib hissəsidir. Ayrı-ayrı milli maraq və milli dəyərlərdən ibarət olan milli ideologiyamız həm dövlət, həm də cəmiyyət tərəfindən qorunur, təbliğ olunur.

Yazı “Jurnalist Təşəbbüsləri Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli ideologiyaya yönəlik təxribatlar əleyhinə fəaliyyətin təşviqi” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Avqust 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri