Icma.az
close
up
RU
PR da öz media (Own medi) kanallarının dövrü

PR da öz media (Own medi) kanallarının dövrü

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir vaxtlar şirkətlər jurnalistlərin zəngini gözləyirdi. Bu gün isə ən güclü brendlər öz newsroom-larını qurur, öz auditoriyasını formalaşdırır və gündəmi özü idarə edir.

Son illərdə informasiya dünyasında ən böyük dəyişikliklərdən biri “Own media”- strategiyasının sürətlə yüksəlməsidir. Artıq şirkətlər yalnız televiziya reportajlarına və xəbər saytlarına güvənməklə kifayətlənmir.

Ənənəvi media hələ də vacibdir. Amma reputasiya yalnız başqalarının onlar haqqında nə yazdığı ilə formalaşmır. Əsas məsələ şirkətin özünün necə danışdığıdır.

Own media şirkətin tam nəzarət etdiyi informasiya platformaları deməkdir. Buraya rəsmi saytlar, korporativ bloglar, Telegram kanalları, YouTube platformaları, LinkedIn səhifələri və hətta daxili işçi media sistemləri daxildir.

Bu model şirkətə öz səsini yaratmaq imkanı verir. Artıq şirkət auditoriya ilə vasitəçisiz danışır. İnformasiya sürəti əvvəlki illərlə müqayisədə dəfələrlə artıb və bu dəyişiklik kommunikasiya modelini tamamilə yenidən formalaşdırıb.

İnformasiya dövrü dəyişib

İnformasiya sürətinin artması kommunikasiya modelini tam dəyişib. Əgər xəbər gecikirsə, boşluğu sosial media doldurur, rəsmi açıqlama gecikirsə, şayiə güclənir və kontrol edilməyən informasiya reputasiya riskinə çevrilir. Bu səbəbdən own media artıq seçim deyil, zərurətdir.

Krizis zamanı insanlar ilk növbədə şirkətin öz platformasına baxır. Əgər şirkət susursa, informasiya boşluğu yaranır və həmin boşluğu şayiələr doldurur. Məhz buna görə beynəlxalq PR praktikasında ilk rəsmi açıqlama prinsipi anlayışı getdikcə daha vacib hala gəlir.

Birinci rəsmi açıqlama reputasiyanın taleyini müəyyən edə bilir. Öz media platforması olmayan şirkətlər bu yarışda gecikir. Bəzi şirkətlər artıq klassik biznes strukturu ilə yanaşı media strukturu da qururlar. Onların daxilində ayrıca redaksiya komandaları, video istehsal bölmələri və kontent strateqləri fəaliyyət göstərir.

Mərkəzi Gömrük Hospitalının PR fəaliyyəti səhiyyə idarəçiliyi və kommunikasiya baxımından regionda seçilən qurumlardan biri kimi qiymətləndirilə bilər. Burada təkcə tibbi xidmətlərin yüksək səviyyədə təşkili deyil, eyni zamanda sistemli və düşünülmüş kommunikasiya yanaşması da diqqət çəkir.

Mərkəzi Gömrük Hospitalı ictimaiyyətlə açıq və şəffaf ünsiyyətə önəm verir. Xüsusilə uğurlu cərrahi əməliyyatların, tibbi yeniliklərin və ekspert rəylərinin ictimaiyyətə operativ şəkildə çatdırılması hospitalın peşəkar yanaşmasını göstərir. Mərkəzi Gömrük Hospitalının rəsmi internet səhifəsi- https://customshospital.az/, Facebook səhifəsi https://www.facebook.com/customshospital/, İnstaqram səhifəsi https://www.instagram.com/merkezi_gomruk_hospitali/, Twitter səhifəsi https://x.com/GomrukHospital, Linkedin, Youtube https://www.youtube.com/@mrkzigomrukhospitalcustoms3382 və Tiktok https://www.tiktok.com/@mrkzi.gmrk.hospit səhifələri var.

Hazırda ən güclü kontent formatlarına ekspert müsahibələri, backstage videoları, əməkdaş hekayələri, 1 gün bizimlə formatı, maarifləndirici video PR və hekayə əsaslı kommunikasiya daxildir.

Own media sistemində data və analitika da əsas rol oynayır. Bugünkü PR emosiyalarla yanaşı rəqəmlərlə də işləyir. Reach, engagement, trust index və audience retention artıq reputasiya göstəricilərinə çevrilib. Gələcəyin ən güclü brendləri məhsul istehsal edən yox, informasiya idarə edən şirkətlər olacaq. Yaxın gələcəkdə şirkətlər öz jurnalist komandalarını yaradacaq, AI əsaslı kontent sistemləri quracaq, daxili media studiyalarına investisiya edəcək və auditoriya ilə 24/7 kommunikasiya modeli quracaq. Own media artıq sadəcə PR trendi deyil. Bu, kommunikasiya modelinin tam dəyişməsidir. Bu gün ən güclü şirkətlər xəbər gözləmir, onlar xəbər yaradır, gündəmi izləmək yox, gündəmi formalaşdırırlar.

Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 May 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri