Icma.az
close
up
RU
PR rəngləri konsepti: Kommunikasiyanın etik palitrası

PR rəngləri konsepti: Kommunikasiyanın etik palitrası

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

PR mütəxəssisi Dilarə Zamanova
Müasir informasiya cəmiyyətində PR reputasiyanın strateji idarə olunması alətidir. PR sahəsində “rənglər” anlayışı kommunikasiya üsullarının niyyətini, etik çərçivəsini və təsir mexanizmini izah edən simvolik model kimi çıxış edir.
PR rəngləri təşkilatın hansı dəyərlərə söykəndiyini, hansı metodlardan istifadə etdiyini və auditoriyaya hansı mesajla müraciət etdiyini anlamağa kömək edir.
Ağ PR – Etimadın təməli
Ağ PR dürüst, şəffaf və etik kommunikasiya deməkdir.Bu yanaşmada əsas prioritet həqiqətə əsaslanan məlumatlandırma və uzunmüddətli etimadın formalaşdırılmasıdır. Ağ PR faktlara əsaslanır, manipulyasiyadan uzaqdır, cəmiyyət qarşısında məsuliyyət daşıyır və reputasiyanı davamlı şəkildə qurur.
Qara PR – Reputasiya müharibəsi
Qara PR rəqibi və ya hədəfi gözdən salmaq üçün manipulyativ və qeyri-etik metodlardan istifadə edən kommunikasiya formasıdır. Bu yanaşma yalan və ya yarı-həqiqətlərin yayılması, emosional təxribat və sosial şəbəkələrdə planlı hücumlarla müşayiət oluna bilər. Qara PR qısamüddətli effekt versə də, uzunmüddətli perspektivdə ciddi reputasiya riskləri yaradır və rəqəmsal dövrdə bu cür informasiya müharibələri daha sürətli yayılır.
Boz PR – Etik sərhəddə kommunikasiya
Boz PR tam qara olmasa da, tam şəffaf da olmayan metodlardan istifadəni nəzərdə tutur. Bu modeldə məlumatın mənbəyi hər zaman açıq göstərilmir, selektiv informasiya paylaşımı aparılır və faktlar müəyyən çərçivədə təqdim olunur. Boz PR etik risk zonası hesab olunur və təşkilatın reputasiya təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Yaşıl PR – Sosial məsuliyyət və dayanıqlılıq
Yaşıl PR ekoloji və sosial məsuliyyət mövzularını ön plana çıxarır.Bu model dayanıqlı inkişafı təşviq edir, sosial layihələri dəstəkləyir və brendin humanist tərəfini göstərir.
Eyni zamanda “greenwashing” riskinə də diqqət çəkərək bildirib ki, real fəaliyyət olmadan yalnız imic məqsədilə ekoloji mövzuların qabardılması reputasiyaya ciddi zərər verə bilər.
Qırmızı PR – Emosional təsir strategiyası
Qırmızı PR emosiyaya əsaslanan və geniş rezonans yaratmağı hədəfləyən kommunikasiya modelidir. Bu yanaşmada güclü emosional mesajlar verilir, viral effekt hədəflənir və ictimai rəy formalaşdırılır. Qırmızı PR xüsusilə sosial kampaniyalarda və böhran kommunikasiyasında effektiv ola bilər.
Bənövşəyi PR – Premium imic
Bənövşəyi PR lüks və premium imicin formalaşdırılmasına yönəlib. Bu model seçilmiş auditoriyaya yönəlir, prestijli tədbirlərlə müşayiət olunur və yüksək vizual standartlara əsaslanır.
Mavi PR – Dövlət və rəsmi kommunikasiya
Mavi PR dövlət qurumları və rəsmi strukturların kommunikasiya modelidir. Bu model rəsmi mövqe, hüquqi çərçivə və strateji informasiya idarəçiliyinə əsaslanır. Mavi PR-da şəffaflıq və ictimai etimad xüsusi əhəmiyyət daşıyır.
Sarı PR – Sensasiya və şou effekti
Sarı PR sensasiya və diqqət çəkməyə əsaslanır. Bu yanaşmada başlıq effekti ön plana çəkilir, emosional şişirtmədən istifadə olunur və auditoriya reaksiyası prioritet hesab edilir.
Sarı PR qısa müddətdə diqqət qazandırsa da, reputasiya baxımından risklidir.
PR rəngləri konsepti kommunikasiya prosesinin yalnız texniki deyil, eyni zamanda etik və strateji seçim olduğunu göstərir. Təşkilatlar əsasən ağ PR modelinə üstünlük verməli, yaşıl PR vasitəsilə sosial məsuliyyətlərini gücləndirməli və mavi PR prinsipləri ilə sistemli kommunikasiya qurmalıdırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Mart 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see370

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see318

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see285

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see267

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see265

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see262

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see257

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see247

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see245

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see236

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see231

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see228

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see224

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see222

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see218

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see194

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri