Praqa aeroportu Avropada ən yaxşı üç hava limanı sırasına daxil olub
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Praqa, 9 mart, AZƏRTAC
Praqadakı Vaclav Havel adına hava limanı xidmət keyfiyyətinə görə Avropanın ən yaxşı üç hava limanı sırasına daxil olub. Reytinq "Airports Council International" təşkilatının apardığı geniş sorğunun nəticələrinə əsaslanır.
AZƏRTAC xəbər verir ki, sorğu dünyanın 100-dən çox hava limanında 700 mindən artıq sərnişin arasında keçirilib. Nəticələrə görə, Praqa hava limanı sərnişin xidmətlərinin keyfiyyəti baxımından yüksək qiymət alıb. Sərnişinlər personalın mehribanlığını və kömək etməyə hazır olmasını, terminalların təmizliyini və rahat istirahət zonalarını xüsusilə qeyd ediblər.
Reytinqdə Praqa ilə yanaşı, Helsinki və Qran Kanaria hava limanları da yer alıb.
Bundan əlavə, 2026-cı il iyunun 22–24-də Praqa "Airports Council International" konqresinə ev sahibliyi edəcək. Tədbir çərçivəsində Avropanın ən yaxşı hava limanları mükafatlandırılacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 10 Mart 2026 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















