Praqa zooparkında nəsli kəsilməkdə olan heyvan növlərindən balalar doğulub
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Praqa, 7 aprel, AZƏRTAC
Praqa zooparkında ziyarətçilər indi nadir Vaqner pekarilərinin yeni doğulmuş balalarını görə bilərlər.
AZƏRTAC xəbər verir ki, donuzların nəslinə aid olan bu cütdırnaqlı heyvanların üç balası dünyaya gəlib və “Düzənliklər” adlı ekspozisiyada yerləşdirilibər. Zoopark əməkdaşlarının sözlərinə görə, balaların vəziyyəti yaxşıdır.
1970-ci illərə qədər Vaqner pekariləri nəsli kəsilmiş və tarixə qovuşmuş hesab olunurdu. Onların vətəni olan Cənubi Amerikada meşələrin qırılması səbəbindən hazırda cəmi bir neçə min baş qalmaqdadır. Donuzkimilərə bənzəsələr də, pekarilər tüklərini pırpızlaşdıraraq həcmini artırır və bunula da yırtıcıları qorxuda bilirlər.
Praqa zooparkı Vaqner pekarilərini 2016-cı ildən bəri yetişdirir və 2019-cu ildə ilk dəfə bu növün çoxalmasına nail olub. Bununla da zoopark Avropada bu uğura imza atan üçüncü zooparka çevrilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 07 Aprel 2025 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















