Praqanın mərkəzində Azərbaycan rəssamının sərgisi
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Praqa, 15 may, AZƏRTAC
Praqanın Místeçko Qalereyasında Azərbaycanlı rəssam Ülviyyə İmanın “Blue Forests, Silent Waters” (“Mavi meşələr, səssiz axan sular”) adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, mayın 20-dək davam edəcək sərgidə Praqa bohemasının nümayəndələri - rəssamlar, şairlər, rejissorlar, eləcə də Azərbaycan diasporunun üzvləri, Azərbaycan və Türkiyənin Çexiyadakı diplomatları iştirak ediblər.
Sərgi qalereya məkanından kənara çıxıb: həyətdə DJ-lərin müşayiəti ilə və müvəqqəti çadır atmosferində Azərbaycan musiqisi səsləndirilib. Bu, sərginin müşayiət etməklə yanaşı, həm də səsli rəsmlərin unikal bir davamına çevrilib.
Belə bir ovqat musiqi müşayiətinin əsərlərin öz mövzuları ilə əlaqəsində xüsusilə aydın görünürdü - kətanlardan birində toy səhnəsi və qalereya həyətində rəqs zamanı yaranan “çadır toyu” ilə assosiasiyalar sezilirdi. “Meyxana” rəsm əsəri və digər rəngarəng tablolar musiqi ifası ilə mükəmməl şəkildə qarışaraq vahid bədii məkan yaradır.
Ülviyyə İmanın əsərlərində milli kod incə və üzvi şəkildə müasir incəsənət dilinə qovuşur.
Rəssamın üzərində “Artıq heç vaxt tənha qalmayacağam…” yazısı olan avtoportreti xüsusilə diqqəti cəlb edirdi.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 15 May 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















