Icma.az
close
up
RU
“PRAYK sizin biznesiniz, sizin qaydalarınız!”

“PRAYK sizin biznesiniz, sizin qaydalarınız!”

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın yerli alqı-satqı və xidmət ekosistemini köklü şəkildə dəyişməyi hədəfləyən PRAYK platforması sürətlə böyüyən texnoloji startaplardan biridir.

“Qafqazinfo” layihənin təsisçisi və rəhbəri Kamran Aydınovun PRAYK-ın üstünlükləri, texnoloji fərqlilikləri, konfidensiallıq məsələləri və gələcək planları haqqında müsahibəsini təqdim edir:

- PRAYK istifadəçilərə hansı konkret üstünlükləri və rahatlıqları təqdim edir?

- PRAYK-ın əsas məqsədi istifadəçilərlə bizneslər arasında vasitəçiləri aradan qaldırmaq, şəffaf ticarət mühiti yaratmaq və ödənişsiz reklam imkanları təqdim etməkdir. Platformamızda istər məhsul, istərsə də xidmət təklif edən hər kəs öz təkliflərini birbaşa olaraq müştəriyə çatdıra bilir – heç bir gizli komissiya və ya vasitəçi olmadan.

Bundan əlavə, istifadəçilər heç bir reklam və abunəhaqqı ödəmədən məhsul yerləşdirə, fərdi onlayn mağaza və kataloq yarada bilirlər. Bu, xüsusilə kiçik və orta sahibkarlar üçün böyük üstünlükdür. Bizim üçün əsas prinsip budur: sizin məhsul – sizin qiymət – sizin şərtləriniz.

- Son illərdə onlayn platformalarda məlumat oğurluğu və dələduzluq halları artıb. PRAYK olaraq istifadəçilərin şəxsi məlumatlarını necə qoruyursunuz? Bu sahədə hansı texniki və etik məsuliyyətləri üzərinizə götürmüsünüz?

- Bu, çox ciddi məsələdir və təəssüf ki, bəzi platformalar bu məsələdə istifadəçiləri qorumaqda yetərli deyil. PRAYK olaraq biz müasir təhlükəsizlik protokolları və real vaxtda monitorinq sistemləri tətbiq edirik. Heç bir istifadəçi məlumatı razılıq olmadan paylaşılmır, satılmır və üçüncü tərəflərə ötürülmür. Əlavə olaraq, istifadəçilərə öz məlumatları üzərində tam nəzarət imkanı veririk. Yəni təkcə texniki baxımdan yox, etik və hüquqi baxımdan da istifadəçinin tərəfində duran platformayıq. Bizim üçün istifadəçi etibarı hər şeydən önəmlidir. Əgər bu etibarı qazana bilmiriksə, texnologiya heç bir işə yaramaz.

- PRAYK AI köməkçisi üzərində iş getdiyi qeyd olunur. Bu süni intellekt funksiyası həm müştərilər, həm də bizneslər üçün hansı konkret imkanları təmin edəcək?

- PRAYK AI köməkçisi həm müştəri axtarış təcrübəsini optimallaşdıracaq, həm də bizneslərin doğru müştəriyə çıxmasını təmin edəcək. Məsələn, alıcı platformaya daxil olub bir məhsul axtarırsa, AI köməkçi onun ehtiyacını analiz edib ən uyğun təklifi təqdim edəcək. Satıcı və bizneslər üçün isə bu sistem aktiv olaraq müştəri axtarışına çıxacaq və onları uyğun auditoriyaya çatdıracaq – klassik reklam modelindən fərqli olaraq. Gələcəkdə bu funksiyanı səsli axtarış və smart təkliflər kimi imkanlarla daha da inkişaf etdirəcəyik.

- PRAYK-ın hədəf auditoriyası kimlərdir və yaxın gələcəkdə platformanın regional və beynəlxalq səviyyədə genişlənməsi nəzərdə tutulurmu?

- Bizim əsas auditoriyamız kiçik və orta bizneslər, “freelancer”lar, usta və xidmət sahibləri və yerli mağazalardır.

PRAYK onlara bərabər şans, pulsuz reklam və birbaşa satış imkanı yaradır. İlk mərhələdə bütün Azərbaycan regionlarını əhatə etməyi, daha sonra isə region ölkələrinə – Gürcüstan, Qazaxıstan, Özbəkistan kimi bazarlara çıxış etməyi planlaşdırırıq. Bu ölkələrdə də eyni problemlər mövcuddur və biz orada da həll təklif etməyə hazırıq.

Daha ətraflı: www.prayk.com

Yüklə: www.prayk.com/install

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 İyul 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri