“Premya” məbləğini istədiyimiz kimi tənzimləyə bilmirik”
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
4-11 oktyabrda Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatı keçiriləcək.
Futbolpress.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası turnirə hazırlıqla bağlı mətbuat konfransı təşkil etdi.
Mərasimdə iştirak edən gənclər və idman nazirliyinin şöbə rəisi Elnur Məmmədov jurnalistlərin suallarını cavablandırdı:
– Nazirlik və federasiyanın əməkdaşlığı nələri əhatə edir?
– Təşkilat Komitəsi yaradılıb. Federasiya ilə birgə iş aparılır. Ortaya çıxan suallar operativ şəkildə həll olunur.
– Üç dünya çempionumuz var. Son çempionun mükafatı 20 min manat idi. Bu dəfə çempionların sayı artsa, mükafatın məbləği də artacaq?
– Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş sənəd var, idmançılara verilən mükafatlarda da son dəyişikliklər yeniləndi. Biz də bu sənədləri əsas götürürük. “Premya” məbləğini istədiyimiz kimi tənzimləyə bilmirik. Müəyyən normativlər var və onlara əməl edilməlidir.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 16 İyul 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















